Siyasət

Aİ və ABŞ-nin gizli planı: 5 aprel görüşünün pərdəarxası - VİDEO

27 Mart 2024 20:04
Baxış: 1 077

Aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasında təhlükəsizliklə bağlı görüşün keçirilməsi planlaşdırılır. Təbii ki, bu birtərəfli görüş regiona yaxşı heç nə vəd etmir. Bu format Azərbaycana qarşı yönəlib və Azərbaycanı, Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üçün heç bir real addım atmayan bu dövlətlər Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndən sonra regionda proseslərə müdaxilə etməyə başlayıblar.

"Görünür ABŞ, Aİ Ermənistanın iştirakı ilə regionda proseslərdən tamamilə fərqli formada istifadə edərək bölgəmizdəki proseslərə müdaxilə etməyi qarşılarına bir məqsəd kimi qoyublar", - deyə deputat əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.