Siyasət
Barak Obama: "ABŞ və Azərbaycan energetika sahəsində gələcək əməkdaşlığı davam etdirəcək"
5 İyun 2012 13:34
Baxış: 1 182
ABŞ və Azərbaycan energetika sahəsində gələcək əməkdaşlığı davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obamanın Bakıda keçirilən 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgisinin açılışı ilə bağlı təbrik məktubunda deyilir. Məktubu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq oxuyub.
"Bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki bu il Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi keçirilir. Sizi və Azərbaycan xalqını son dərəcə mühüm illik sərgi və konfransın açılışı münasibətilə təbrik edirəm. Energetika diversifikasiyası və təhlükəsizliyinin təminatı üzrə ümumi məqsəd və vəzifələrilərimizin uğuruna, həmçinin regional sabitliyə yönəldilmiş ABŞ və Azərbaycan arasındakı gələcək əməkdaşlığa ümid edirəm", - ABŞ dövlət başçısının Prezident İlham Əliyevə ünvanladığı məktubda deyilir.
Məktubda bildirilir ki, TANAP qaz tranziti layihəsinin reallaşdırılması üzrə Azərbaycan və Türkiyə arasında razılaşma Azərbaycan qazı üçün Avropa bazarlarına yol açdı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatında bu ölkənin rolunun artması planında Azərbaycan üçün çox əhəmiyyətli presedent yaratdı.
"Azərbaycan habelə bu il BMT Təhlükəsizlik Şurasının üzvü oldu və o, dünyada, eləcə də Əfqanıstanda təhlükəsizliyə nail olmaq tədbirlərinə hər cür yardım göstərir", - Barak Obamanın məktubunda deyilir.
Məktubda qeyd olunur ki, ABŞ gələcəkdə Azərbaycan hökuməti tərəfdaşlarla birlikdə "Şahdəniz" qazının Avropa bazarlarına çatdırılması yollarını seçdikdə bu yatağın işlənməsinin müsbət inkişaf edəcəyinə inanır.
"Biz həmçinin Azərbaycanla Avropanın əlaqələrinin Cənub dəhlizi, iqtisadiyyatın diversifikasiyası üçün energetika resurslarından istifadə vasitəsilə möhkəmləndirilməsi, Azərbaycan tərəfindən tədbirlərin təşkili və öz üzərinə daha böyük miqyaslı öhdəliklər götürməsi ilə əlaqədar artıq ciddi əməkdaşlığımızdan razıyıq", - Prezident Obamanın təbrikində deyilir.
Xəzəryanı regionunun neft-qaz sektorunda ən böyük tədbir sayılan 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgisi 5-8 iyun tarixlərində Bakı Sərgi Mərkəzində keçirilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Alen Simonyan Gəncəyə gəlir?
-
Alen Simonyan "Sülh Körpüsü" iştirakçıları ilə görüşüb - (Video/Foto)
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama