Siyasət

Jelko Komşiç Azərbaycan liderini təbrik edib

15 Fevral 2024 11:34
Baxış: 339

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli Prezident İlham Əliyev.

Sizi ölkənizdə keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Bosniya və Herseqovinanın vətəndaşları, Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Qarşıdakı dövrdə tərəfdaşlıq və dostluq münasibətlərinə söykənən əməkdaşlığımızın davam etməsini və Sizin Bosniya və Herseqovinaya səfəriniz zamanı imzaladığımız iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin həyata keçirilməsini səbirsizliklə gözləyirəm.

Möhtərəm Prezident, Sizi seçkilərdəki inamlı qələbəniz münasibətlə bir daha təbrik edir, Sizə, ailənizə və Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi ehtiramımı bildirir, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.