Siyasət

Cemail Bakındı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

13 Fevral 2024 11:25
Baxış: 329

Türkiyənin Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşəçilik və Turizm İşçiləri Həmkarlar İttifaqının sədri Cemail Bakındı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə təbriklərimizi çatdırıram. Zati-alinizin liderliyi ilə Azərbaycanın tərəqqidə qət

etdiyi uğurlu yol təqdirəlayiqdir və bizim üçün sevindiricidir. Qarabağın azad edilməsi hamımızı çox şad etdi və fərəhləndirdi. Azərbaycanın kədəri bizim kədərimiz, sevinci sevincimizdir.

Fürsətdən istifadə edərək müasir Azərbaycan dövlətinin qurucusu, unudulmaz Ümummilli Liderimiz Heydər Əliyevi ehtiramla yad edirəm.

Zati-aliləri, Sizə, ailə üzvlərinizə və Sizin şəxsinizdə azərbaycanlı qardaşlarıma cansağlığı və daha xoşbəxt gələcək arzulayıram.

"Bir millər, iki dövlət şüarı" ilə yaşasın Türkiyə və Azərbaycan!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.