Siyasət

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin telefon danışığı olub

9 Fevral 2024 11:55
Baxış: 347

Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yenidən təyin edilmiş xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

XİN-dən Milli.Az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.

Nazirlər həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.