Siyasət

İlham Əliyevin Prezidentliyə namizədliyi təsdiq edildi - VİDEO

19 Dekabr 2023 16:04
Baxış: 984

16:28
-------

Dekabrın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iclasda hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra İlham Əliyevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.

16:04
-------

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.