Siyasət

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

30 May 2012 18:34
Baxış: 1 026
30.05.2012
18:34

Küveyt Əmirinin müavini və Vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və səadət, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və çiçəklənmə arzulayıram".

X X X

Roma Papası XVI Benedikt Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə və bütün həmvətənlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Ulu Tanrıdan Azərbaycan xalqının ədalət və qardaşlıq içində layiqli və dinc həyat sürməsini arzulayıram.

Zati-aliləri, Sizə, Azərbaycan xalqına və ölkənizin siyasi rəhbərlərinə Ulu Tanrının xeyir-duasını diləyirəm".

X X X

Benin Respublikasının Prezidenti Boni Yayi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Benin xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Zati-alinizlə birgə səylərimiz ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan verəcəkdir.
Cənab Prezident, Sizə ən səmimi təbriklərimi çatdırıram. Şəxsən Sizə, ailə üzvlərinizə xoşbəxtlik, cansağlığı, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

X X X

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Azərbaycan dövlətçiliyinin bərpa edilməsi günü sadəcə əlamətdar tarix deyil, həm də azadlıqsevər Azərbaycan xalqının ümidlərinin həyata keçməsinin təcəssümü olan tarixi əhəmiyyətli hadisədir.

İnanıram ki, Ukrayna və Azərbaycanın nail olduğu müsbət əməkdaşlıq potensialı bundan sonra da ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə şərait yaradacaq, iqtisadi, humanitar və regionlararası əməkdaşlıq sahələrində yeni layihələrlə zənginləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

X X X

Paraqvay Respublikasının Prezidenti Fernando Luqo Mendes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı və hökuməti adından, o cümlədən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər gələcəkdə də möhkəmlənəcək, arzuladığımız sülh və tərəqqi hədəflərinə nail olmaqda bizə yardımçı olacaqdır.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha Azərbaycan xalqına və hökumətinə təbriklərimi çatdırır, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

X X X

İraq Respublikasının Prezidenti Cəlal Tələbani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Milli bayram - Respublika Günü münasibətilə Zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram. Əminəm ki, Azərbaycan və İraq xalqlarının mənafeyi naminə ölkələrimiz arasında bütün sahələrdə dostluq və əməkdaşlıq möhkəmlənəcək və genişlənəcəkdir".

X X X

Moskva vilayətinin qubernatoru Sergey Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu!
Milli bayram - Respublika günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, Azərbaycan xalqına isə səadət və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edib bir daha bildirirəm ki, Moskva vilayəti ilə Azərbaycan Respublikası arasında hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyin mühüm əhəmiyyəti vardır".

X X X

Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək xalqlarımız arasındakı səmimi əlaqələrin bundan sonrakı illərdə də möhkəmlənəcəyinə inamımı bildirmək istərdim".

X X X

Rumıniyanın Prezidenti Trayan Besesku Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,
Milli bayram - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Rumıniya xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək, ölkələrimizə və xalqlarımıza fayda verəcəkdir.
Mən, həmçinin Sizinlə mühüm dialoqumuzu məmnunluqla xatırlayır, Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün birgə səylərimizin əhəmiyyətini bir daha qeyd etmək istərdim.

Əziz cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasone Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

Mən inanıram ki, Laos Xalq Demokratik Respublikası və Azərbaycan Respublikası arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafeyi, regionda və dünyada sülhün və əməkdaşlığın inkişafı üçün daha da genişlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istərdim.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və xoşbəxt gələcək arzu edirəm".

X X X

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Vyetnam Sosialist Respublikası dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Şadam ki, ötən müddət ərzində ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri qorunub saxlanmışdır və inkişaf edir. Vyetnamın rəhbərliyi və xalqı ölkələrimizin inkişaf potensialını və onun zəruriliyini əsas tutaraq çalışır ki, Azərbaycan Respublikasının rəhbərliyi və xalqı ilə birlikdə ölkələrimizin xalqlarının mənafeyi naminə bu xoş münasibətlər durmadan möhkəmlənsin və genişlənsin.

Fürsətdən istifadə edib ölkənizə firavanlıq, xalqınıza isə səadət diləyirəm.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

X X X

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi tatarıstanlılar adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə və Sizin gözəl ölkənizin bütün sakinlərinə bayram əhval-ruhiyyəsi, cansağlığı, firavanlıq və Azərbaycanın inkişafı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Tatarıstanlılar qardaş xalqlarımızın tarixi dostluğunun qədrini bilir və Azərbaycan sakinlərinin bu bayram sevincinə ürəkdən şərik olurlar. İnanırıq ki, biz birgə səylərimizlə Tatarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini bundan sonra da fəal inkişaf etdirəcək, Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyəti çərçivəsində çoxşaxəli əlaqələrin möhkəmlənməsi üçün yeni imkanlar tapacağıq".

X X X

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin ali dövləti vəzifədə çoxşaxəli fəaliyyətiniz bundan sonra da ölkənizin müstəqilliyinin möhkəmlənməsinə və firavanlığına, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Ürəkdən inanıram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətli cənab Prezident, icazə verin, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyim".

X X X

Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaqdan sevinc hissi duyuram. Bu fürsətdən istifadə edərək səmimi-qəlbdən bildirirəm ki, ölkələrimiz və xalqlarımız arasında davamlı dostluq əlaqələri daim inkişaf edəcəkdir.
Zati-alinizə möhkəm cansağlığı, səadət, ölkənizə və xalqınıza daimi tərəqqi və çiçəklənmə arzulayıram.

Səmimi salamlarımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin.
Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, ölkənizə tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Bolqarıstan Azərbaycan ilə əməkdaşlığın bundan sonra da inkişafında maraqlıdır.

Əminəm ki, biz Sizinlə birlikdə buna nail olacaq, ölkələrimiz arasında böyük potensialı və qarşılıqlı faydalı əməkdaşlığı birgə səylərlə həyata keçirəcəyik.

Zati-aliləri, Sizə böyük ehtiram bəslədiyimə əmin ola bilərsiniz".

X X X

Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Sizi ölkənizin milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin çox yaxşı səviyyədə olmasından məmnunluğumu bildirirəm. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.

Fürsətdən istifadə edib Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram.

Möhtərəm cənab Prezident, Sizə dərin hörmət bəslədiyimə əmin ola bilərsiniz".

X X X

Serbiya Respublikası parlamentinin sədri, Serbiya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Slavitsa Cukiç Deyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi, ölkənizin və xalqınızın gələcək tərəqqisi və rifahı üçün xoş arzularımı Sizə çatdırmaqdan çox məmnunam.
Əminəm ki, xalqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmlətmək üçün Serbiya Respublikası ilə Azərbaycan Respublikasının bütün sahələrdə qarşılıqlı əməkdaşlığının gələcəkdə də inkişafı naminə birlikdə işləyəcəyik.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edəsiniz".

X X X

Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının Sədri Feldmarşal Məhəmməd Hüseyn Tantavi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,
Zati-alilərinizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza isə daimi çiçəklənmə və rifah arzu edirəm".
 
X X X

Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək, Zati-alilərinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və çiçəklənmə diləyirəm".

X X X

Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, əziz dostum,
Azərbaycanın milli bayramı - 28 May - Respublika günü münasibətilə səmimi təbriklərimi Sizə çatdırıram.

Monteneqro ilə Azərbaycan arasındakı əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Keçən il Azərbaycana etdiyim rəsmi səfər bunu açıq göstərdi. Dost ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək naminə göstərdiyimiz qarşılıqlı səylərin nəticələri məmnunluq doğurur. Bir sıra sazişlər imzalanıb və təsdiq olunub. Monteneqro və Azərbaycan xalqları arasında inkişaf etdirməyə çalışdığımız qarşılıqlı əlaqələri daha da gücləndirmək üçün möhkəm hüquqi baza yaradılmışdır.

Bununla yanaşı, deməliyəm ki, Adriatik dənizi sahilində yerləşən, regionda bir əsrdən artıq təcrübəsi olan əlverişli Bar limanına Azərbaycan şirkətlərinin göstərdiyi maraq ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək üçün daha bir imkandır.

Moteneqro xalqına Azərbaycanın yardımı üzrə sosial layihənin elan edilməsi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar öz dərin təşəkkürünü Azərbaycan xalqına və şəxsən Sizə ən müxtəlif yollarla ifadə etmişlər. İnanıram ki, bu, ölkələrimiz və xalqlarımız arasındakı dostluğa mühüm töhfə verəcəkdir.

Hörmətli Prezident! Əməkdaşlığımızı çoxşaxəli etmək və ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün xüsusən Sizin göstərdiyiniz səyləri xüsusi qeyd etmək istəyirəm. Bu məsələlərə yüksək həssaslıqla yanaşdığınıza görə Sizə ürəkdən minnətdaram. Gələcək əməkdaşlığımıza dair planların eyni dərəcədə uğurlu olacağına dərindən inanıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

İspaniyanın Kralı I Xuan Karlos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İspaniya hökuməti və xalqı ilə birlikdə təbriklərimi Sizə çatdırmaq istəyirəm.

Sizə cansağlığı arzularımı çatdırır, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm".

X X X

Latviya Respublikasının Prezidenti Andris Berzinş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim.

Əminəm ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcəkdir. Şəxsən Sizin dəstəyinizlə qarşılıqlı əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm.

Xahiş edirəm, şəxsən öz adımdan və Latviya xalqı adından ən səmimi arzularımı qəbul edəsiniz".

X X X

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm".

X X X

Sloveniya Respublikasının Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Xahiş edirəm, şəxsən öz adımdan və Sloveniya xalqı adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edəsiniz. Ölkənizə tərəqqi və rifah arzu edirəm.

Fürsətdən istifadə edərək, Sloveniya ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını vurğulamaq istərdim. Sizin Sloveniyaya keçənilki səfəriniz ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da genişlənməsinə təkan vermişdir.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident!
Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Monqolustan xalqı adından və şəxsən öz adımdan milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Tam əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da Monqolustan və Azərbaycan xalqlarının rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.

Zati-aliləri, cənab Prezident, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, dost Azərbaycan xalqına tərəqqi arzulayıram".
 
X X X

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,
Sizi, hökumətinizi və Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirir və gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsini arzulayıram".

X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,
İcazə verin, Sizi dövlət bayramı - Respublika Günü münasibətilə təbrik edim.
Xahiş edirəm, mənim ən xoş arzularımı, yüksək dövləti fəaliyyətinizdə uğur, Azərbaycanın hərtərəfli inkişafı və çiçəklənməsi naminə zəfər diləklərimi qəbul edin".

X X X

MDB Parlamentlərarası Assambleyasının baş katibi A.Sergeyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,
MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimizi qəbul edin.

Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, sülh, Azərbaycan Respublikasının firavanlığı və səadəti naminə nəcib fəaliyyətinizdə uğurlar diləyirik".

X X X

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay hökmdarı Məhəmməd bin Rəşid Əl Məktum Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Möhtərəm Prezident,
Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alilərinizə xoşbəxtlik və Azərbaycanın qardaş xalqına sülh və firavanlıq arzulayıram".

X X X

Liviya Milli Keçid Şurasının sədri Mustafa Abdulcəlil Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Dost ölkənizin milli bayramı münasibətilə şəxsən öz adımdan və Liviya xalqı adından Sizə ən səmimi təbriklərimi və arzularımı yetirmək mənim üçün xoşdur.

Sizə cansağlığı və səadət, dost Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram".

X X X

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksa Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Şri-Lanka hökuməti və xalqı adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Ümid edirəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri və sıx əməkdaşlıq bundan sonrakı illərdə də möhkəmlənəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm".

X X X

Malta Respublikasının Prezidenti Corc Abela Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Zati-alinizə, eyni zamanda, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xalqınıza davamlı tərəqqi arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud olan gözəl əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir".
 
X X X

Norveç Kralı V Harald Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəbdən təbrik edir, şəxsən Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və firavanlıq diləyirəm".

X X X

Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Xahiş edirəm Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin. Litva xalqı adından və şəxsən öz adımdan Sizə cansağlığı, xoşbəxtlik və rifah arzulayıram.

Ümid edirəm ki, Litva ilə Azərbaycan arasında iqtisadi, mədəni, enerji, siyasi və sosial sahələrdə mövcud müsbət və praqmatik əlaqələr daim genişlənəcəkdir. Qəti əminəm ki, ikitərəfli əlaqələrimiz nəinki Litva və Azərbaycan xalqlarının təhlükəsizliyi və rifahını möhkəmləndirməyə kömək edəcəkdir, həmçinin Baltik dənizindən Xəzər dənizinədək bütün regionda əməkdaşlığı genişləndirməyə töhfə verəcəkdir.

Bir daha Respublika Günü münasibətilə təbriklərimi çatdırmaq istərdim.

Cənab Prezident, xahiş edirəm dərin ehtiramımı qəbul edin".

X X X

Macarıstanın Prezidenti Yanoş Ader Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Xahiş edirəm, Azərbaycan Respublikasının milli bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Macarıstan Azərbaycanın təhlükəsizlik mühiti yaratmaq, həmçinin Avropaya və Avratlantik strukturlara inteqrasiyanı bundan sonra da davam etdirmək istiqamətində Sizin səylərinizi böyük maraq və rəğbətlə izləyir.

Sizi əmin edə bilərəm ki, Macarıstan ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etməsinə, eyni zamanda, Azərbaycan ilə əməkdaşlığın yeni və qarşılıqlı faydalı formalarının yaradılmasına hazırdır.

Fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı çatdırmaq istərdim".

X X X

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Prezident,
Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə səmimi salamlarımı və təbriklərimi çatdırmaq mənə şərəf verir.

Zati-alilərinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram".

X X X

Fransa Respublikasının Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütövlükdə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, xoşbəxtlik, rifah və uğurlar arzulayıram.

Mən son illərdə Azərbaycandakı parlaq iqtisadi yüksəlişin bu il də davam etməsini xüsusilə arzu edirəm.

Bu yaxınlarda fransız xalqının mənə etimad göstərərək verdiyi mandata uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmlətmək niyyətində olduğuma Sizi əmin etmək istəyirəm. Azərbaycan Fransanın mühüm tərəfdaşıdır və bu, gələcəkdə daha da mühüm olacaqdır.

Siz, həmçinin Cənubi Qafqazda sülh yaradılması üçün Fransanın səylərini davam etdirəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizə çox yüksək ehtiram bəslədiyimə əmin ola bilərsiniz".

-----------------
29.05.2012
17:48

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Fələstin Milli Administrasiyasının prezidenti Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Qardaş Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin xalqı adından və şəxsən öz adımdan Sizə, dəyərli hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

İşğala son qoyulması və paytaxtı Şərqi Yerusəlim olmaqla müstəqil Fələstin dövlətinin yaradılması məsələsində xalqımızın haqq işində və mübarizəsində dostcasına nümayiş etdirdiyiniz qətiyyətli dəstəyi, həmrəylik mövqeyini yüksək qiymətləndiririk.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza və ölkənizə davamlı tərəqqi və rifah arzulayıram".

X X X

Səudiyyə Ərəbistanı Krallığı Baş nazirinin müavini, daxili işlər naziri Vəliəhd Nayif bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin milli bayramı münasibətilə Zati-alilərinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

X X X

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Həməd bin Casim bin Cabir Al Tani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə cansağlığı, əmin-amanlıq və qardaş Azərbaycan xalqına davamlı inkişaf və rifah arzu edirəm".

X X X

Qətər Dövlətinin vəliəhdi Təmim bin Həməd Al Tani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram. Şəxsi həyatınızda, eləcə də qardaş Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə həyata keçirdiyiniz işlərdə Sizə uğurlar arzulayıram".

X X X

İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Sizi Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan sizin atanız Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb və şanlı inkişaf yolu keçmişdir.

Bu gün Sizin öz dövlətinizin mənafelərinə şəxsi sadiqliyiniz, fəal həyat mövqeyiniz öz xalqına sədaqətlə xidmət etməyin parlaq nümunəsidir.

Siz özünüzün bütün qüvvə, təcrübə və biliyinizi Azərbaycan Respublikasının rifahı naminə sərf edir, planları bacarıqla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü işiniz respublikanın sosial-iqtisadi inkişafına, onun sakinlərinin həyat səviyyəsinin və rifahının yüksəldilməsinə çox kömək edir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, səadət, firavanlıq, ölkənizin rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram".

X X X

Dağıstan Respublikası Xalq Məclisinin sədri Maqomedsalam Maqomedov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Dağıstan Respublikasının Xalq Məclisi adından və şəxsən öz adımdan təbrik edirəm.

Son illərdə Azərbaycan sosial-iqtisadi inkişafda və siyasi sabitliyin qorunub saxlanmasında böyük uğurlar qazanmışdır. Əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir.
Dağıstanlılar Sizin yaxın qonşularınız olaraq, Rusiya ilə Azərbaycan arasında tarixən yaranmış mehriban qonşuluq münasibətlərinə, xalqlarımız arasında qardaşcasına dostluğun möhkəmlənməsinə və inkişafına verdiyiniz töhfəni xüsusi qiymətləndirirlər.

Sizə möhkəm cansağlığı və səadət, ölkənizin çoxmillətli xalqına sülh və firavanlıq arzulayıram".

----------
17:06


Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Şimali Kipr Türk Respublikasının xalqı adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına sülh, əmin-amanıq və tərəqqi arzulayıram".

X X X

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
İcazə verin, Sizi və xalqınızı Azərbaycanın milli bayramı - Respublikası Günü münasibətilə ürəkdən təbrik edim.

Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri hər iki xalqlarımızın istəklərinə uyğun olaraq möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizə ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

---------
16:38


İordaniya Haşimilər Krallığının Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın Milli bayramı - 28 May - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və xalqınıza ən səmimi salamlarımızı və arzularımızı yetirirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm".

X X X

Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Tani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan əlaqələr gələcək illərdə daha da möhkəmlənəcəkdir".

X X X

Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycanın Milli bayramı - 28 May - Respublika Günü münasibətilə Estoniya xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Mərakeş Kralı IV Mohammed Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Əssalamu əleykum və rəhmətullah və bərəkatuh,
Zati-aliləri, mənim əziz qardaşım,

Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə xoşbəxtlik və cansağlığı arzulayır, səmimi təbriklərimi böyük məmnuniyyətlə çatdırıram. Mən, həmçinin Sizin müdrik rəhbərliyiniz altında xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, xalqlarımızın islami qardaşlıq, ölkələrimiz arasında mövcud olan məhsuldar əməkdaşlıq və fəal həmrəylik əlaqələrini yüksək qiymətləndirdiyimi demək istərdim.

Mən bizim əlaqələrin möhkəmləndirilməsi və xalqlarımızın istəklərinin yerinə yetirilməsi üçün Zati-alilərinizlə işləməyi davam etdirməyi çox arzu edərdim. Beləliklə, biz iki millət arasında ortaq maraqları paylaşaraq və müsəlman ümmətin ədalətli işlərinə və uca məqsədlərə nail olmasına xidmət edəcəyik".

------------------
28.05.2012

13:25

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin gələcəkdə daha da çiçəklənməsi üçün ən xoş arzularımı çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə, Azərbaycan hökumətinə və xalqına Bosniya və Herseqovinaya və onun xalqına verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm.
Cənab Prezident, əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan Respublikası arasındakı əməkdaşlıq dostluq və tərəfdaşlıq ruhunda davam edərək ölkələrimizin sabitliyi və tərəqqisinə töhfəsini verəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən dərin hörmət və ehtiramımı qəbul edin".

X X X

Sinqapur Respublikasının Prezidenti Toni Tan Ken Yam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın əlamətdar milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə səmimi təbriklərimi, ölkənizin və xalqınızın əmin-amanlığı, tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırıram".

X X X

Tailandın Kralı Bhumibol Adulyadej Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və
rifah arzulayıram".

X X X

Tunis Respublikasının Prezidenti Monsef Marzuki Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi, cansağlığı, səadət, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı bildirmək mənə xoşdur.

Fürsətdən istifadə edib Zati-alilərinizə bildirmək istərdim ki, yeni Tunis bizim qardaş xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsi naminə bundan sonra da əməkdaşlıq etmək əzmindədir".

X X X

Livan Respublikasının Prezidenti General Mişel Süleyman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Livan xalqı adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".

-----------------
26.05.2012

17:14

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın əlamətdar milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizin və Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatına məqsədlərini həyata keçirməkdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

Müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah, Sizə isə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm".

---------
16:29

İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,
Milli bayramınız - Respublika günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqda İrlandiya xalqı da mənə qoşulur.

Fürsətdən istifadə edərək, Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram".
 
X X X

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,
Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza tərəqqi və xoşbəxtlik arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etmənizi xahiş edirəm".

X X X

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan sosial-iqtisadi sahələrdə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar əldə edib.

Qazaxıstan və Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq, ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə böyük potensialın olduğuna, həmçinin ölkələrimizin qarşılıqlı inam və anlayışa əsaslanan tərəfdaşlığının gələcəkdə də xalqlarımızın mənafeyi üçün intensiv inkişaf edəcəyinə tam əminəm.

Bu fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə inkişaf və tərəqqi arzu edirəm".

X X X

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edim.

Tərəqqi və firavanlıq yolu ilə inamla irəliləyən, cəmiyyətdə genişmiqyaslı islahatlar aparılması, iqtisadi və sosial sahənin dəyişdirilməsi, beynəlxalq arenada ölkənin nüfuzunun artırılması üzrə nəzərdə tutulan planları ləyaqətlə həyata keçirən Azərbaycanın sanballı uğurlarını Özbəkistanda məmnunluqla qeyd edirlər.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən yaranmış ənənəvi dostluq münasibətləri, çoxplanlı sıx əməkdaşlıq bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və hərtərəfli firavanlıq arzu edirəm".

X X X

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın əlamətdar bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.

Əminəm ki, mövcud yüksək səviyyəli əməkdaşlığımız xalqlarımıza rifah gətirərək, qardaşlıq əlaqələrimizi gələcək illərdə daha da möhkəmləndirəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.
 
Zati-aliləri, dərin ehtiramımı qəbul etmənizi Sizdən xahiş edirəm".

X X X

Hindistan Prezidenti Pratibha Devisinq Patil Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Milli bayramınız münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan xalqı adından təbrik etməkdən böyük məmnunluq duyuram.

Tarixi və mədəni əlaqələrimizin əsrlərlə yaşı olmasına baxmayaraq, əməkdaşlığımızın daha da inkişaf etməsi bu il iyirmi illiyini qeyd etdiyimiz rəsmi diplomatik münasibətlərin yaradılmasından sonra baş vermişdir. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan yaxın əlaqələr diplomatik münasibətlərin yaradılmasından sonra müxtəlif sahələrdə daha da genişlənmiş və dərinləşmişdir ki, bu da əcdadlarımızın keçmişdə qurduğu əməkdaşlıq sayəsində mümkün olmuşdur. Hindistan bu əlaqələrin daha da gücləndirilməsini arzu edir. Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və rifah arzu edirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirirəm".

X X X

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbrikimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu fürsətdən məmnuniyyətlə istifadə edərək, eyni zamanda, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı çatdırıram".
 
X X X

İsveçrə Konfederasiyasının Prezidenti Eveline Vidmer-Şlumpf Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə İsveçrə Federal Şurası adından Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Sizə möhkəm cansağlığı və rifah, ölkənizə çiçəklənmə arzu etmək üçün bu, yaxşı fürsətdir.

İnanıram ki, ölkələrimiz arasında mövcud olan etimad və dostluq əlaqələri gələcək illərdə daha da inkişaf edəcəkdir".

X X X

Niderlandın Kraliçası Ülyahəzrət Beatriks Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
İcazə verin, ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularımı çatdırım".

X X X

Çex Respublikasının Prezidenti Vatslav Klaus Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Çox şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir.

Çex Respublikası Azərbaycan Respublikasını özünün mühüm tərəfdaşı hesab edir və bütün sahələrdə ikitərəfli qarşılıqlı faydalı əlaqələrin bundan sonra da inkişafında maraqlıdır. Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da möhkəmlənəcək və genişlənəcəkdir. Cari ilin aprelində Sizin Çex Respublikasına dövlət səfəriniz bu əlaqələrin inkişafına təkan vermişdir.

Dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".

X X X

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizə özümün və Xorvatiya Respublikası vətəndaşlarının ən səmimi təbriklərini çatdırır, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulamaqdan məmnunluq duyuram.

Zati-aliləri, mənim ən dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm".

X X X

Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silva Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

------------------
25.05.2012
17:18


Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün dost Azərbaycan xalqı dövlət quruculuğunda, iqtisadiyyatın və sosial sahənin inkişafında, beynəlxalq arenada sanballı uğurları ilə haqlı olaraq fəxr edə bilər.

Əminəm ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlığına şərait yaradacaqdır.

Belarus ölkələrimiz arasında əməkdaşlıqda əldə edilmiş səviyyəni yüksək qiymətləndirir. Sizin Belarus Respublikasına rəsmi səfəriniz Belarus ilə Azərbaycanın çoxplanlı strateji tərəfdaşlığına yeni güclü təkan verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, yeni quruculuq uğurları, qardaş Azərbaycan xalqına isə sülh, səadət və firavanlıq diləyirəm".

X X X

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!
Türkmənistan xalqı və hökuməti adından, habelə şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bizə dost olan ölkənizin xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əmin olduğumu bildirirəm.

Fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh, səadət və firavanlıq arzulayıram".

X X X

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin.
Respublikamız hərtərəfli Tacikistan-Azərbaycan əməkdaşlığının durmadan inkişaf etməsinə çox böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha konkret məzmuna malik olmasının tərəfdarıdır.

Əminəm ki, biz birgə səylərimizlə Tacikistanın və Azərbaycanın əsas mənafelərinə uyğun olan tərəfdaşlıq münasibətlərinin və sıx qarşılıqlı əlaqələrin mövcud potensialına müsbət təkan verməyə nail olacağıq. Ümid edirəm ki, qarşıdakı görüşlərimiz bu istiqamətdə yeni birgə addımlar atmağımıza imkan verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzularımı bildirmək istəyirəm".

---------
16:51

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd etdiyimiz bir zamanda Respublika Günü münasibətilə bir daha dost Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzu edirəm.

Mən qürur duyuram ki, ötən illər ərzində Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq münasibətləri sıx olmuşdur. Əminəm ki, bu əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlər çərçivəsində gələcəkdə daha da genişlənəcəkdir.

Ölkələrimizi birləşdirən dostluq ruhunda Sizə və Sizin şəxsinizdə xalqınıza rifah arzu edirəm".

X X X

BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,
Milli bayram - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Ölkənizin zəngin mədəniyyətini və qədim tarixini qeyd etmək üçün bu, bir imkandır. Bu, həm də Azərbaycanın qarşılıqlı əlaqəli olan dünyamızda oynadığı rol haqqında ətraflı düşünmək üçün bir şansdır.

Azərbaycanın ümumi problemlərimizin həllinə kömək edən BMT-dəki iştirakını yüksək qiymətləndirirəm. İstədiyimiz gələcəyi yaratmaq üçün qlobal gündəliyimizə beş məsələ daxildir: davamlı inkişafı təşviq etmək, daha təhlükəsiz dünya yaratmaq, böhranların qarşısını almaq, keçid vəziyyətində olan ölkələrə kömək etmək və dünya qadınları və gəncləri üçün daha çox iş görmək.

Əminəm ki, bu məsələləri qaldırmaq üçün biz təşkilatımızı gücləndirməliyik. Dünya əhalisi üçün daha çevik, təsirli və səmərəli BMT çox vacibdir.

Mən bütün insanların daha ədalətli, dinc və çiçəklənən gələcəyi üçün axtarışlarımızda Azərbaycanın köməyini, sadiqliyini və liderliyini yüksək qiymətləndirirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində sistemli islahatları uğurla həyata keçirməklə, regionda və dünyada öz nüfuzunu artırmaqla, dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir.

Dövlətlərimiz arasında dostluğun inkişafına, ikitərəfli qarşılıqlı əlaqələrin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi Ukraynada yüksək qiymətləndirirlər. İnanıram ki, Azərbaycan Respublikası ilə hərtərəfli, o cümlədən energetika, aerokosmik sahə, aqrar-sənaye kompleksi kimi mühüm istiqamətlərdə əməkdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

---------
16:44

Yaponiyanın İmperatoru Akihito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı diləyir, xalqınıza rifahı və ölkənizin çiçəklənməsi üçün ən xoş arzularımı çatdırıram".

X X X

İki Müqəddəs Məscidin xadimi, Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu

Hörmətli Prezident,
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına inkişaf və çiçəklənmə arzu edirik".

---------
16:21

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident!

Respublika Günü münasibətilə Sizə və xalqınıza həm öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram.

Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünü qeyd edirik. Bu yubiley ölkələrimiz arasında birgə maraqlar və qarşılıqlı ehtiram zəminində qurulan əlaqələrimizi daha da genişləndirmək və dərinləşdirmək üçün fürsətdir.

Almaniya Azərbaycanı Avropaya inteqrasiya yolunda gələcəkdə də var qüvvəsi ilə dəstəkləyəcəkdir. Bu məsələdə dövlətin daxili inkişafı, onun Avropa dəyərlərinə və normalarına inteqrasiyası tərəfdaşlar arasında dialoqun əsas tərkib hissəsidir.

Sizə uğurlar, habelə Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".

---------
16:06

Çin Xalq Respublikasının Sədri Hu Szintao Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir: "Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Çin Xalq Respublikası hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alilərinə, Azərbaycan hökuməti və dost xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm. Müstəqilliyin 20 ili ərzində Azərbaycan ümummilli lider Heydər Əliyevin və Zati-alilərinizin rəhbərliyi altında dövlət quruculuğunda böyük uğurlar əldə etmişdir. Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitliyi, iqtisadiyyatın dinamik inkişafını, xalqınızın firavan yaşayışını və respublikanızın beynəlxalq statusunun daim yüksəlməsini müşahidə etmək bizi çox sevindirir. Əminəm ki, Zati-alilərinizin rəhbərliyi altında Azərbaycan xalqı öz ölkəsinin inkişafı yolunda daim yeni-yeni uğurlar əldə edəcəkdir. Azərbaycan Çinin səmimi dostu və tərəfdaşıdır. Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 ili ərzində Çin-Azərbaycan münasibətlərində böyük irəliləyişə nail olunmuşdur. Hər iki tərəf yüksək səviyyədə sıx əlaqələr saxlayır, qarşılıqlı anlaşma və etimad daim möhkəmlənir, bütün sahələrdə işgüzar əməkdaşlıq addım-addım genişlənir, humanitar mübadilələr fəallaşır. Ölkələrimiz BMT və digər beynəlxalq qurumlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyindən istifadə edərək bildirirəm ki, Çin tərəfi gələcəkdə də Azərbaycan ilə siyasi etimadı möhkəmləndirməyə, ticari-iqtisadi və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərini daha da irəli aparmağa hazırdır. Ölkənizə tərəqqi, xalqınıza xoşbəxtlik diləyir, Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram".

X X X

AzərTAc-ın məlumatına görə, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: "Zati-aliləri, Sizi Milli bayramınız - Respublika Günü münasibətilə təbrik etməkdən, Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimi, əmin-amanlıq və firavan gələcək üçün ən yaxşı arzularımı çatdırmaqdan dərin məmnunluq duyuram".

X X X

AzərTAc-ın məlumatına görə, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:

"Bismillahir-rəhmanir-rəhim!
Zati-aliləri,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə qardaş dövləti və xalqını səmimi qəlbdən təbrik edirəm.

Hörmətli Prezident, Sizinlə səmərəli görüşlərimiz və bu görüşlərin olduqca faydalı nəticələri barədə xoş xatirələrimi yada salaraq, iki xalq arasındakı qardaşlıq münasibətləri, həmçinin Zati-alinizlə səmimi əlaqələrimi vurğulayaraq belə düşünürəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin hər iki xalqın mənafeyi naminə genişlənərək günbəgün inkişaf etməsi, eləcə də iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin qarşısını alacaqdır.

Ümid edirəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin, eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasının, zülm və ayrı-seçkiliyin aradan qaldırılmasının şahidi olacağıq.

Uca və qadir olan Allahın dərgahından Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının dost və qardaş xalqına xoşbəxtlik və ucalıq diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.