Siyasət

Füzuli sakini: Uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq

7 Dekabr 2023 07:34
Baxış: 425

Mən bu günə kimi Qaradağ rayonunun Sahil qəsəbəsindəki yataqxanada məskunlaşmışdım. Amma artıq məcburi köçkünlük həyatı sona çatdı, uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri doğma yurduna qayıdan Füzuli sakini Xatın Şirinova söyləyib.

O, 1992-ci ildə məcburi köçkün düşdüyünü xatırladıb: "Füzuliyə yoldaşımla birlikdə qayıdırıq, uşaqlarım isə avqust ayında gediblər. 64 yaşımda doğulub boya-başa çatdığım yerlərə qayıtdığım üçün çox sevinirəm".

Xatın Şirinova onlara yaradılan şəraitə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib. Torpaqlarımızın işğaldan azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib, şəhidlərə rəhmət diləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.