Siyasət

9 min kv.km ərazi Bakının nəzarətinə keçəcək – Baqratyan

3 Dekabr 2023 20:12
Baxış: 10 812

Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır.

Milli.Az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

"Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Qərbi Zəngəzur - red.) məhrum olacaq. 2 dəhlizi versəniz, Zəngəzurun Ermənistanla əlaqəsi kəsiləcək. Zəngəzura getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Qarakilsə, İrəvan-Qafan avtobusları işləməyəcək", - Baqratyan bildirib.

Qeyd edək ki, Qərbi Zəngəzurun sahəsi 9 min kv.km deyil, 4 min kv.km-ya yaxındır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.