Ülvi Həsənlinin bir abzaslıq maliyyə mənbələri - ABŞ oyunu ifşa oldu
ABŞ özünü üzdə nə qədər ədalətli qərar verən tərəf kimi göstərməyə çalışsa da, reallıq bir çoxuna aydındır. Artıq illərdir ki, ABŞ xüsusi təşkilatları vasitəsi ilə maskalanaraq bir sıra ölkələrdə gizli şəkildə planlarını həyata keçirməyə cəhd edirlər. Bu təşkilatların bir çoxu isə xeyriyyə məqsədi ilə yaranmış qurumlardır. Sözügedən təşkilatlar sırasında "Beynəlxalq İnkişaf Agentliyi" (USAID) xüsusi yer tutur.
USAİD-in Azərbaycanda, Gürcüstandakı "fəaliyyəti" hər kəsə məlumdur. Bu qurumun rəhbəri Samanta Pauerin separatçı Vardanyan ilə münasibəti də üzə çıxıb. ABŞ keçmiş SSRİ məkanında olan dövlətləri nəzarəti altına almaq üçün bu qurumdan gizli şəkildə istifadə edir. Onun məqsədi başı Ukrayna ilə müharibəyə qarışan Rusiyanı tam zəiflətməkdir.
1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən USAİD dəfələrlə eyni üsullar, eyni taktikalara əl atsa da planlarının reallaşmasına imkan verilməyib. Məqsədi qlobal miqyasda guya kasıb ölkələrə humanitar yardım etməkdən ibarət olan bu təşkilatın maliyyələşdirdiyi qurumlardan biri "Abzas media"dır.
Bir neçə gündür "Abzas media" ilə bağlı qalmaqal bitmək bilmir. "Abzas Media"nın guya "müstəqil KİV olduğu və direktor Ülvi Həsənlinin də məhz "həqiqəti yazdığına görə həbs edildiyi deyilir. "Sərhədsiz Reportyorlar" operativ şəkildə bəyanat yayaraq, bunu "müstəqil mediaya təzyiq" kimi qiymətləndirib. Müdafiə bəyanatlarında iddia olunur ki, guya "Abzas Media" "ölkədəki korrupsiya hallarını araşdırdığı üçün susdurulub".
Oxucu kütləsindən əldə edilən gəlirlə təminatları üst-üstə düşməyən bu qurumla bağlı gerçəklər isə tam fərqlidir. Belə ki, Beynəlxalq sənədlərə görə KİV qurumu müstəqil fəaliyyət göstərməsi üçün ən azı 75 faizi reklam və elandan formalaşmalıdır. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından və sair qaynaqlardan yaranır. Ölkədəki digər KİV-lərdən daha təminatlı görünən "Abzas Media"nın redaksiya ofisinin icarəsi, işçilərin əmək haqqı fondu, texniki avadanlıqlar təminatı və digər xərclər üçün zəruri olan vəsaitin necə ödənməsi ilə bağlı suallar yaranır.
USAİD ilə əlaqələri üzə çıxan bu qurumun "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və digərləri ilə də gizli əməkdaşlığı üzə çıxıb. Onlar həmçinin, "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları "Aleks" və "Daisy" olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər.
Ölkəmizdə geniş agentura şəbəkəsi quran ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanın uğurunu həzm edə bilmir. Eləcə də, onlar Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə çalışırlar. Bu təşkilatların planları digər ölkələrdə baş tutsa da, dövlət başçısının da dediyi kimi Azərbaycana diqtə etmək mümkün deyil.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır





