Siyasət
Macarıstanın aparıcı turizm jurnalında Azərbaycanla bağlı məqalə dərc olunub
17 May 2012 14:07
Baxış: 1 235
Macarıstanın aparıcı turizm jurnalı sayılan "Vilagjaro Magazin"in 2012-ci ilin aprel buraxılışında Azərbaycanla bağlı çoxsaylı şəkillərin yer aldığı "Qayaüstü rəsmlər və göydələnlər" adlı böyük məqalə dərc olunub, jurnalın üz qabığında isə Bakının memarlıq simasında tarixlə müasirliyin vəhdətini əks etdirən maraqlı fotoşəkil yerləşdirilib. Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Jurnalda yayımlanan fotolar ötən il Azərbaycana səfər etmiş Macar Coğrafiya Cəmiyyətinin üzvü, tədqiqatçı-səyyah, jurnalist və fotoqraf Qoqoş Norbertə məxsusdur.
"Vilagjaro" jurnalının təşkilatçılığı ilə mayın 15-də macarıstan Coğrafiya Cəmiyyətinin binasında jurnalın aprel buraxılışının təqdimatı keçirilib. Təqdimatda Norbert çıxış edərək Azərbaycana səfəri zamanı çəkdiyi foto və slaydları nümayiş etdirib, ölkəmizin coşqun iqtisadi inkişafı, zəngin tarixi abidələri və təkrarsız təbiəti barəsində iştirakçılara ətraflı məlumat verib.
Səfirliyin müşaviri Anan İmanov öz çıxışında ölkələrimiz arasında günü-gündən daha da genişlənməkdə olan siyasi, iqtisadi və humanitar əlaqələr barəsində, habelə Azərbaycanın zəngin turizm imkanları və potensialı haqqında məlumat verib. O, eyni zamanda erməni işğalı altındakı Azərbaycan ərazilərindəki tarixi abidələrə və təbiətə vurulan dəhşətli ziyandan bəhs edib, macar turistləri işğal bölgəsinə səfər etməkdən çəkinməyə çağırıb.
Norbert Azərbaycana ötənilki səyahətindən sonra Macarıstanın müxtəlif mətbuat orqanlarında ölkəmiz haqqında məqalələr dərc etdirib, habelə turizmlə bağlı müxtəlif nəşrlərdə Azərbaycanın turizm potensialını işıqlandırıb. Yaxın günlərdə onun rəhbərliyi altında 20 nəfərlik macar turist qrupu ölkəmizə yola düşəcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)