Siyasət

Laçında daha 26 ailəyə evlərinin açarları təqdim edildi - FOTO

16 Oktyabr 2023 20:46
Baxış: 560

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 16-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Laçın şəhəri bu gün 26 ailəyə qucaq açıb və daha 96 laçınlının yurd həsrəti bitib.

Laçına qədəm qoyan ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndələri də iştirak ediblər.

Ailələr evlərinin açarlarını böyük sevinc hissi ilə təhvil alıblar.

Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.