Siyasət

İlham Əliyev Əsgəran qalasında olub - VİDEO - FOTO

15 Oktyabr 2023 15:44
Baxış: 1 269

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Əsgəran qalasına və əraziyə baxış keçirdi.

Qeyd edək ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir. Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.

Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.