Siyasət

"Zəngəzur dəhlizi layihəsində mühüm potensial görürük"

4 Oktyabr 2023 15:43
Baxış: 1 226

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına doğru irəliləmək üçün Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsində mühüm potensial görür.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsi nəzərdən keçirilir. Biz bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Əlbəttə ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə olunmasına hazır olmasından asılıdır", - Rusiya XİN sözçüsü vurğulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.