Siyasət

Nikolun əks-gediş hazırlığına Bakının planı

29 Sentyabr 2023 09:22
Baxış: 1 866

Paşinyan yaxın günlərdə Qarabağda bir erməninin də qalmayacağını bildirib, buna görə Azərbaycanı "etnik təmizləmədə" ittiham edib. Ermənilərin kütləvi köçünün arxasındakı səbəblərdən biri də məhz Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya aparmaq planı dayanır.

Milli.Az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında yazıb.

Onun fikrincə bu kampaniyada əsas motiv kimi "deportasiya" iddiası istifadə olunacaq:

"İrəvan bununla Bakının Qərbi Azərbaycan məsələsini, azərbaycanlıların öz yurdlarından qayıtmasını danışıqlar masasına daxil etməsinə qarşı əks-gediş hazırlayır.

Hərçənd, ermənilərin Ermənistana qayıtması prosesinin təşkili Azərbaycanın mümkün kampaniyalara qarşı hazırlaşdığını göstərir:

- Humanitar yardımlar və tibbi ləvazimatların göndərilməsi;

- Polislərimizin ehtiyacı olan erməni sakinlərə yardım etməsi;

- "Laçın" sərhəd-keçid məntəqəsindən keçən ermənilərin media tərəfindən danışdırılması və etiraflarının sənədləşdirilməsi;

- Sərhədi keçənlərə, xüsusilə yanlarındakı azyaşlılara hərbçilərimiz tərəfindən isti münasibətin göstərilməsi və s;

Bütün bunlar Ermənistanın "etnik təmizləmə", "deportasiya" iddiaları üzərindən irəli sürəcəyi ittihamlara qarşı tutarlı arqumentlərdir. Bu baxımdan, İrəvan iddialarını beynəlxalq strukturlara çıxarmağa nail olsa belə, nəticə əldə edə biləcəyi çətin görünür", - politoloq qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.