Şəhidlərimizin sayı açıqlandı - RƏSMİ
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunmuşdur.
Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanmışdır.
Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
İndoneziyada oğruları görün günə saldılar ـ
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Melaniya Tramp milyonlar qazandı
-
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - (Foto)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü
-
Azərbaycanda zəlzələ oldu
-
"Aşkı-Memnu"nun ulduzu yeni serialla qayıdır
-
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq





