İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşü Türkiyə mətbuatında - FOTO
Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü və iki dövlət arasında müqavilələrin imzalanması qardaş ölkənin mətbuatında geniş işıqlandırılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin "Anadolu", "İhlas", "Cihan", "Demirören" (DHA), "SonDakika" xəbər agentlikləri, "TRT", "CNN-Türk", NTV, "HaberTürk", "A Haber" telekanalları, "Sabah" qəzetinin elektron variantı və digər mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşündə əhəmiyyətli məsələləri müzakirə etdiklərini yazırlar.
Materiallarda qeyd olunur ki, Azərbaycan 5 gün əvvəl suverenliyini tam bərpa edərək erməni separatçılarını tərksilah etdi və bu işdə Türkiyə qardaş dövlətə böyük dəstək verdi. İki ölkəninin enerji, nəqliyyat, tranzit sahələrindəki əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə dair imzalanan müqavilələr qarşılıqlı faydalı olmaqla yanaşı, həm də regionda sülhen və sabitliyin davamlı olmasına xidmət edəcək.
Nəzərə çatdırılıb ki, Prezident İlham Əliyev xarici siyasət kursunda Türkiyəni prioritet istiqamət hesab edir və qardaş ölkə ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə daha yaxın əməkdaşlıq əlaqələri yaratmağa çalışır.
Bildirilib ki, Prezident R.T.Ərdoğan Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini yüksək qiymətləndirib və Ermənistandan ona tərəf uzanan barış əlini tutmasını gözlədiyini vurğulayıb.
Türk mediasi onu da qeyd edib ki, Azərbaycan ilə Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Azərbaycanda hasil olunan təbii qaz Trans Anadolu (TANAP) qaz kəməri ilə Türkiyə üzərindən Avropaya nəql edilir. Bununla yanaşı, hər iki dövlət Naxçıvanın təbii şəraitindən də faydalanaraq burada alternativ enerji istehsalına başlayacaqlar. Naxçıvanda günəş və küləkdən alınan enerji Türkiyə üzərindən Avropaya satılacaq.
Türkiyə Azərbaycandan ayrı düşən Naxçıvan Muxtar Respublikasının təbii qazla təmin edilməsində də rol oynayacaq. Naxçıvanda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri bu regionun insanlarının rifahının yaxşılaşmasına və iqtisadiyyatının inkişafına böyük təkan verəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)





