Siyasət

Daha bir dövlət qondarma “prezident seçkiləri”ni tanımadı

9 Sentyabr 2023 17:22
Baxış: 1 059

"Moldova Respublikası bu gün, sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"nin beynəlxalq hüququn norma və fundamental prinsiplərinə zidd olduğunu nəzərə alaraq onu tanımır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Moldova XİN Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır" - bəyanatda bildirilib.

Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.