Razılaşdığımız kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin çatdırılması üçün tam istismara verilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.
"Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək/imitasiyalı malların çatdırılmasını təşkil etmək möhtəkirlik, manipulyasiya və şantajdan başqa bir şey deyil" - Hacıyev bildirib.
Milli.Az