Siyasət

Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb - Heydi Kühn

26 May 2023 11:11
Baxış: 362

Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heydi Kühn bu gün Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciətində deyib.

O, deyib ki, Azərbaycana səfəri çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşidib, onları dinləyib:

"Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb.

Biz minaları təmizlənmək və yenilərinin basdırılmasının qarşısını almaq üçün birləşməli, işləməliyik. Biz insanlıq üçün birləşməliyik".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics