Siyasət

Bu görüntülər dərin narahatlıq doğurur - ATƏT

14 Aprel 2023 16:44
Baxış: 1 009

Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun "Twitter" hesabında qeyd edilib.

"Hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir", - deyə bildirilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Dünən isə erməni KİV-də Axundov Hüseyn Əhliman oğlunun işgəncələrə məruz qaldığını əks etdirən videogörüntülər və fotolar yayılıb.

Baş Prokurorluq tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ombudsman Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib və BQXK-dən azərbaycanlı hərbçilərə baş çəkməsini tələb edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.