Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq - Baş Plan
Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000 nəfərə çatacağı nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu barədə isğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında qeyd edilib.
Baş Planda qeyd edilib ki, rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.
"Planda sakinlərinin və sahibkarların rifahı üçün rəqəmsal həllərdən istifadə etməklə ənənəvi şəbəkələrin və xidmətlərin daha səmərəli edilməsi məqsədilə "ağıllı şəhər" yanaşması irəli sürülüb", - bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bu gün Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclasında deyib.
Onun sözlərinə görə, bu yanaşmada elektron idarəetmə sistemlərinə tam keçid, müasir texnologiyalar üzrə peşəkar kadrların hazırlanması, yaşayış evləri, təhsil, səhiyyə və digər xidmətlər sisteminin optimal əlaqələndirilməsi və digər mühüm mövzular öz əksini tapır: "Digər yanaşma - "Blue zone" isə insanların sağlam və uzunömürlü yaşaması üçün şəraitin yaradıldığı şəhər hissələridir ki, bu sahələrdə şəhər parkı da daxil olmaqla böyük açıq və yaşıllıq ərazilər yerləşdirilib. Şəhərin digər hissələri ilə bu ərazi arasında olan əlaqələr yaşıl koridorlar vasitəsilə təmin edilib".
Qeyd edək ki, Baş Plan 2040-cı ilə qədərki inkişaf dövrü əhatə edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
-
Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp
-
Arayik Harutyunyan və digərlərinin şikayəti üzrə apellyasiya məhkəməsi prokurorların çıxışı ilə davam etdirilib (Foto)
-
Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
XƏBƏR LENTİ
-
Günəşdə güclü partlayış baş verdi
-
Güclü küləklə bağlı əhaliyə xəbərdarlıq
-
Bu rayonumuzda qəribə parkinq: BMW sürənlərə pulsuz - (Video)
-
Türkiyədə siyasi sui-qəsd: AKP üzvü və oğlu öldürüldü
-
Neymar gənc futbolçuları təhqir edib
-
Güclü külək paytaxtda 7 ağac aşırıb
-
Epşteynin sərvətinə namizəd varis açıqlanıb - (Foto)
-
Günel libası ilə müzakirə yaratdı - (Video)
-
Azərbaycanın intellektual gələcəyi - Çinlə strateji tərəfdaşlığın potensialı
-
Ağdamın kəndlərindəki yanğınlar söndürüldü
-
Ronaldunun 35 milyonluq malikanəsi gündəm oldu - "YOX" yoxdur - (Video)
-
ABŞ-ın İrana qarşı əməliyyatında yaralanan hərbçilərin sayı açıqlandı
-
Tozlu hava nə vaxta kimi davam edəcək?
-
Güclü külək qatarların hərəkətində gecikmə yaratdı
-
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı
-
Vüsalə Əlizadə villasından paylaşım etdi – Hovuz görüntüləri maraq doğurdu - (Video)
-
Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - (Video)
-
Müğənni Çelik bazarda kisə satır - (Video)
-
Ordumuzun hərbçisi vəfat etdi
-
Qazın qiyməti ucuzlaşdı
-
Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı - (Video)
-
FHN: Son bir həftədə 881 yanğın baş verib
-
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
-
Qızılın qiyməti yenidən yüksəldi





