Siyasət

Erməni türkoloq: Teq kəndi sərhəd oldu, biz torpaq itirməkdə davam edəcəyik

31 Mart 2023 07:32
Baxış: 1 628

"Təslimçilərin əli ilə Sünikdəki Teq kəndi bu gün tam hüquqlu sərhədə çevrilib".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə türkoloq Varujan Qeqamyan öz Facebook səhifəsində yazıb.

"Biz evlərimizi və torpaqlarımızı itiririk. Milli güc olmadığı müddətcə itirməyə davam edəcəyik", - deyə o, qeyd edib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın Sünik rayonunun Teq kəndi yaxınlığında bəzi yerlərdə Azərbaycan tərəfinin mühəndis işləri aparmağa başladığını etiraf edib. Ermənistan tərəfinin iddiasına görə, Azərbaycan tərəfi 100-300 metr məsafədə sərhəddən beş nöqtədə irəlidədir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.