Separatçılar "ZƏNCİRLƏNİR" - Ordumuzdan ÖNƏMLİ HƏMLƏ: ermənilər bundan sonra...
Azərbaycan ordusu martın 25-i şərti olaraq 2054,0 yüksəkliyi adlanan strateji nöqtəni (Sarıbaba dağından 2,9 kilometr şimal-şərqdə) azad edib. Nəzaərətə götürülən yüksəklikdə mühəndislik işlərinə də başlanılıb.

Əməliyyat heç bir itki vermədən səssiz şəkildə həyata keçirilib. Nəticədə Ermənistandan Xankəndinə gələn yeganə dağ-meşə yolu nəzarətə götürülüb. Erməni mənbələr iki gündür bununla Qarabağdakı separatçıların heç bir alternativ yolunun qalmadığını yazır.
Bəs Sarıbaba yüksəkliyi və yeni mövqelərimiz bizə bundan sonra hansı üstünlükləri verəcək?
Milli.Az-a mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev cavab verib:

"Bu əməliyyat nəticəsində Azərbaycan Ordusunun məhdud bölmələri heç bir itki vermədən Ermənistandan rusların nəzarətində olan ərazilərə silah-sursat və minaların daşındığı Turşsu-Xəlfəli yoluna nəzarəti bərpa etdi.
Bu uğurlu əməliyyat gələcəkdə digər ərazilərin təmizlənməsi məqsədi ilə keçiriləcək əməliyyatlara mühim dəstək verəcək. Fərrux, Qırxqız, Sarıbaba və Turşsu-Xəlfəli yolunun üzərindəki 2054 metr yüksəkliyində olan dağ zirvəsinin Azərbaycan Ordusunun nəzarətində olması separatçı rejimin cilovlanması və onların ərazidən təmizlənməsi məqsədi ilə həyata keçiriləcək əməliyyatlarda mühim plasdarm kimi də istifadə oluna bilər.
Nəticə etibarı ilə bu yüksəkliyin Azərbaycan ordusunun nəzarətində olması Qarabağdakı erməni silahlılarının silah və sursatla təminatının məhdudlaşdırılmasında böyük əhəmiyyət daşıyır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi PUA ilə vurulma təhlükəsi ilə üzləşib
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi





