Siyasət

Lavrov Tehrandakı səfirliyimizə hücumdan danışdı - VİDEO

28 Fevral 2023 19:35
Baxış: 1 161

"Biz Azərbaycanla digər regional formatlarda da birgə işləyirik. Burada əsas olaraq Rusiya-Azərbaycan-İran yüksəksəviyyəli üçtərəfli formatını qeyd etmək istəyirəm".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclasında çıxışı zamanı deyib.

"Düşünürəm ki, bu formatın da yaxşı gələcəyi var. İndi biz iranlı həmkarlarımız tərəfindən Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə qarşı edilən qanlı hücumun nəticələrinin aradan qaldırılması məqsədilə lazımi tədbirlər görməsində maraqlıyıq. Bu məsələnin həll edilməsinə töhfə verməyə çalışacayıq", - deyə Lavrov qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.