Siyasət

ABŞ səfiri Mirzoyanla görüşdü: Azərbaycan müzakirəsi...

20 Fevral 2023 22:50
Baxış: 734

ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Quinn bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb.

Bildirilib ki, tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, o cümlədən Münhendə keçirilən üçtərəfli görüşə toxunulub.

Qeyd edək ki, K.Quinn daha öncə ABŞ-ın Ukrayna səfiri olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.