İƏT-in Daşkənd Kommünikesində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.
XİN-dən Milli.Az-a verilən xəbərə görə, iclas zamanı nazir Ceyhun Bayramov bəyanatla çıxış edərək, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb.
Çıxış zamanı, "Yaşıl keçid və qarşılıqlı bağlantılar" mövzusuna həsr olunan Azərbaycan sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə "İƏT-2025" baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağı vurğulanıb.
Ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.
Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyət daşıdığı, bu xüsusda, Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın irəlilədilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformaların təsis edildiyi bildirilib. Azərbaycan-Türkiyə-Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilmiş görüş zamanı qəbul edilmiş Bakı Bəyannaməsi və bununla əlaqədar Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizin inkişaf etdirilməsi üzrə qərarlar qeyd edilib.
Nazir çıxışı zamanı, Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.
Qeyd edilənlərlə yanaşı, ölkəmizin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə ətraflı məlumat verilib, ötən ilin iyul ayında ölkəmizlə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun yaşıl enerji resurslarının inkişafı, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Qara Dənizin altından keçməklə elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin bölgədə əməkdaşlığın daha genişlənməsinə töhfə verəcəyi bildirilib.
Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov çıxışı zamanı, post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə Yaşıl Enerji zonası, Azad İqtisadi Zonalar yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra, təşkilatın Baş katibi və digər üzv dövlətlərin xarici işlər nazirləri bəyanatlarla çıxış ediblər.
Nazirlər Şurasının iclası zamanı təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib. Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.
Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə olunub. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.
Nazir Ceyhun Bayramovun səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır





