Siyasət

Vardanyan Qarabağ ermənilərinə çağırış etdi: “Sabah saat 3-də...”

16 Dekabr 2022 11:14
Baxış: 3 083

"Sabaha mitinq təyin edirəm, saat 3-də Xankəndidə aksiya keçirəcəyik".

Milli.Az xəbər verir ki, bunu qondarma rejimin "dövlət naziri" Ruben Vardanyan sosial şəbəkə hesabındakı canlı yayımda bildirib. R.Vardanyan Qarabağ ermənilərini "qələbəyə" səsləyib.

"Mən hamını o mitinqdə iştirak etməyə, gücümüzü göstərməyə, birlikdə olduğumuzu, Artsax xalqının böyük qüvvə olduğunu göstərməyə çağırıram. Əlbəttə, bizim müstəqilliyimizi, təhlükəsizliyimizi, inkişaf planlarımızı həyata keçirmək üçün hələ çox yolumuz var, lakin biz başqa yolla qələbə qazana bilmərik. Biz bir-birimizə qarşı dürüst və ədalətli olmalıyıq. Hamımız eyni şərtlər, qanunlar altında çalışırıq", - deyə o bildirib.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.