Molla əmiyə nifrət bəyanı: "Sən cəlladsan!"
Molla rejiminin ali dini lideri Əli Xameneinin bacısı və bu rejimi tənqid edən ruhani Əli Tehraninin xanımı Bədri Hüseyni Xamenei açıq məktub yayaraq, qardaşının və onun avtoritar xilafətinin əleyhinə olduqlarını bəyan edib.
İran hökumətini tənqid etdiyi üçün hazırda həbsdə olan qadın haqları fəalı Fəridə Muradxaninin anası Bədri Hüseyni Xamenei dekabrın 6-da dərc olunan məktubunda son 40 ildə övladlarını itirən gözüyaşlı analara xitabən yazıb:
"Qardaşımın əməllərinə haqq qazandırmamaqla yanaşı, Xomeyni dövründən tutmuş indiki Əli Xameneinin despotik xilafət dövrünə qədər İran rejiminin cinayətlərinə görə ağlar qalan bütün analara başsağlığı verirəm".
Bədri Xameneninin məktubunu qardaşı oğlu Mahmud Muradxani Twitter hesabında yayıb.
Məktubda daha sonra deyilir: "Bütün iranlı yaslı analar kimi, mən də övladımdan uzaq olmağın kədərini yaşayıram. Rejim qızımı zorakılıqla həbs edirsə, deməli, başqalarının məzlum oğul və qızlarına min qat artıq zorakılıq tətbiq edir".
Bədri Xamenei qardaşının "avtoritar hakimiyyətini" pisləyib və xalqın nifrət etdiyi hakimiyyətin sonunun çatdığını vurğulayıb. O, tezliklə İranda tiraniyanın devrilməsini görəcəyinə ümid edir.

Açıq məktubda o, Xomeyni və onun varisi Xamenei rejiminin "iranlılara əzab və zülmdən başqa bir şey gətirmədiyini" bildirib: "Qardaşım İran xalqının səsinə qulaq asmır və yalandan öz muzdlularının və pula meyilli insanların səsini İran xalqının səsi adlandırır. Halbuki xalq bu insana deyir: "Sən cəlladsan!"
İranın ali dini lideri ayətullah Əli Xameneinin qardaşı qızı, ölkənin tanınmış hüquq müdafiəçilərindən olan Fəridə Muradxani is bir müddət əvvəl həbs edilmişdi.
O, ölkədəki genişmiqyaslı etiraz aksiyalarını dəstəkləmiş, repressiyalara qarşı çıxmışdı.
Bədri Hüseyni Xamenei İranın tanınmış din xadimlərindən və müxalifətçilərindən olmuş Əli Tehraninin dul xanımıdır.
Onun övladları Fəridə və Mahmud Muradxanilər Tehran respublikasındakı mövcud əxlaqsız hakimiyyətə qarşı sərt müxalifətdədirlər.
Orxan Hun
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat





