Siyasət

Ukraynada elektrik enerjisinin kəsilməsi bu tarixədək davam edəcək

6 Dekabr 2022 23:48
Baxış: 809

"Ukraynada elektrik enerjisinin kəsilməsi ən azı 2023-cü ilin martına qədər davam edəcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın enerji təchizatı şirkəti "YASNO"nun baş direktoru Sergey Kovalenko bildirib.

Onun sözlərinə görə, Ukraynanın nə vaxt "cədvəllərdən imtina edəcəyi" və elektrik enerjisinin verilməsini tam bərpa edəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqal ölkədə 19% elektrik enerjisi çatışmazlığının olduğunu bildirib və istehlakçılar üçün işıqların kəsilməsinin davam edəcəyi barədə xəbərdarlıq edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, enerji təchizatı ilə bağlı ən çətin vəziyyət Vinnitsa, Kiyev, Jitomir, Dnepropetrovsk, Odessa, Xmelnitski və Çerkassı vilayətlərindədir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics