Siyasət

AZƏRTAC-ın yeni sədri kimdir? - DOSYE

28 Noyabr 2022 14:28
Baxış: 2 211

Bu gün Prezident İlham Əliyev Vüqar Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Vüqar Əliheydər oğlu Əliyev 1980-ci ildə Bakıda anadan olub, Azərbaycan Dillər Universitetini bitirib. Daha sonra Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə təhsil alıb.

Vüqar Əliyev əvvəl AZƏRTAC-ın ingilis dilli şöbəsində tərcüməçi vəzifəsində, daha sonra isə siyasət bölməsində məsul vəzifədə çalışıb.

Vüqar Əliyev son təyinatından öncə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.

Ailəlidir, üç övladı var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.