"Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantı ilə bağlı açıqlama
"Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantında əvvəlki müzakirələr zamanı irəli sürülən bir sıra təkliflər nəzərə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli parlamentdə "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, qanun layihəsinin ilkin variantında narazılıq yaradan bəzi məsələlər aradan qaldırılıb. "Partiyaların yaradılması, ləğv edilməsi və digər məsələlərə görə verilən müddətlərə yenidən baxılıb. O müddətlər ki, çox hesab edilirdi azaldılıb, az hesab edilirdi çoxaldılıb. Müddətlər ortaq məxrəcə gətirilib. Qanun layihəsinə digər dəyişikliklər də edilir, müzakirələr zamanı narazılıq yaradan digər məsələlər aradan qaldırılıb. Hesab edirəm ki, qanun layihəsini plenar iclasa tövsiyə etmək üçün əsaslar var", - deyə o qeyd edib.
Qeyd edək ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.
Bununla yanaşı yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirlib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib.
Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
XƏBƏR LENTİ
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq





