DTX əməliyyatı: mədəniyyət nazirinin müavini və daha bir məmur saxlanıldı - YENİLƏNİB - FOTO
14:50
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin adı məlum olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev də istintaqa cəlb olunub.
Xatırladaq ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər istintaqa cəlb olunublar.

----------
13:45
Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilənədək Elnur Əliyev nazirin müşaviri idi.
Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəffəqiyyətlə bitirib.
O, 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib.
2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub.
E.Əliyev 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.
Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə E.Əliyevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. 2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib. O, bu vəzifədə 2021-ci ilə qədər çalışıb.
2020-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədridir.
Elnur Əliyev 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
E. Əliyev ingilis, rus, fransız dillərində danışır.
Evlidir, üç övladı var.
13:33
---------
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Milli.Az bildirir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.
Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.
---------
12:38
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hazırda Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirir.
Milli.Az xəbər verir ki, artıq bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb, saxlanılanlar var. Onlar arasında yüksək vəzifəli şəxslər, o cümlədən Təchizat və Əmlak Şöbəsinin müdiri də var.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
İran ABŞ və İsraili yenə HƏDƏLƏDİ
-
Prezident Deryageldi Orazovu qəbul edib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
"Real Madrid"in ulduz klubdan ayrılır - Qərar VERİLDİ
-
Bu məşhur şəhərin küçə süpürgəçiləri modellərdən GÖZƏLDİR - VİDEO
-
Ana Kristina İngles: WUF hər bir şəhər üçün əsl fürsətdir
-
WUF13: BMT-nin və Azərbaycan Respublikasının bayraqları qaldırılıb - FOTO
-
Nigar gözəlliyi ilə "göz qamaşdırdı" - VİDEO
-
Qvardiola "Mançester Siti"dən GEDİR
-
3 kilo yarım "çiy köftə" YEDİ: 3.700 manat qazandı - VİDEO
-
WUF13 şəhər problemlərinin həlli üçün mühüm platformadır - Əfqanıstan rəsmisi
-
Bu BÜRCLƏR ilin sonuna qədər yeni İŞ TAPACAQLAR
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev





