Siyasət

Baxın, rus qadını İlon Maska nə etdi... - Roqozin

4 Oktyabr 2022 08:32
Baxış: 904

Amerikalı iş adamı İlon Maskın Ukraynada sülh şəraiti ilə bağlı fikirlərinə "Speys X" şirkətinə məxsus "Crew Dragon" gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşa hazırlaşan rusiyalı qadın kosmonavt Anna Kikina təsir edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri "Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin deyib.

"Mask bu çıxışını rusiyalı xanım pilot Anna Kikinanın da olduğu "Crew Dragon" gəmisi ilə uçuşdan öncə edib. Budur, rus qadınının amerikalıya etdiyi..." - deyə o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.