Siyasət

İranlı ayətullahın qızının toy fotoları qalmaqal yaratdı - FOTO

1 Oktyabr 2022 20:31
Baxış: 3 198

İranda əxlaq polisi tərəfindən həbsdə işgəncəyə məruz qalaraq dünyasını dəyişən Məhisa Amani böhrana səbəb olub.

Milli.Az bildirir ki, gənc qızın ölümündən sonra ölkə daxilində etirazlar davam edərkən, şəriət tərəfdarı olan ayətullah Molla Əhməd İrəvaninin qızının ABŞ-dakı toy mərasiminin görüntüləri sosial şəbəkələrə düşüb.

Ayətullah İrəvaninin oğlu və qızı ABŞ-da yaşayır.

Qızı Sərvinaz iki illik təmaslardan sonra Mehran adlı şəxslə ailə qurub.

Sərvinazın moda evi var və o, sosial şəbəkələrin, ələlxüsus da İnstagram-ın fəal istifadəçisidir.

Özü də yarıçılpaq fotolarını paylaşmağı normal sayır.

Molla İrvaninin qızının toy videosunda ərini öpdüyü anlar da yer alıb.

Toydan yayılan görüntülərdə şəriət tərəfdarı olan İrəvaninin qızının əri ilə öpüşdüyü səhnələr xüsusilə diqqət çəkib.
Din xadiminin qızının toy mərasimi İranda etirazlara səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics