“Göyçə-Zəngəzur Respublikası” avantürası kimlərin maraqlarına xidmət edir?
Bir neçə gündür ki, sosial şəbəkələrdə və müxtəlif resurslarda "Göyçə-Zəngəzur Respublikası" adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Cəmiyyətdə müəyyən rezonans doğuran bu xəbər dərhal Qərbi Azərbaycan icmasını təmsil edən təşkilat və qurumlar tərəfindən sərt reaksiya ilə üzləşib. Əksəriyyət də qərbi azərbaycanlıların tarixi torpaqlarında belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edib. Ən əsası özünü qurumun az qala "prezidenti" elan edən Rizvan Talıbovun avantürist olduğu xüsusi vurğulanıb. "Göyçə-Zəngəzur Respublikası" ideyası avantüra olduğu və Azərbaycanın əsl məqsəd və hədəfləri ilə bağlı yanlış rəy formalaşdırmaq məqsədi güddüyü aydındır.
Bu ideyanı ortaya atanların hədəfi nədir?
Xatırladaq ki, lk dəfə təxminən bir il bundan öncə belə bir ideya ortaya atıldı, lakin iddia heç bir rezonans doğurmadı. Lakin bu günlərdə həmin avantüranın yenidən gündəmə gətirilməsi bunun məqsədli şəkildə ictimai rəyə sırındığını deməyə əsas verir. Vaxtilə Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsini "yaratması" və ona sədrlik edən şəxsin maraqlı tərcümeyi halı var. Xuliqanlıqda (CM-nin 221.2 maddəsi) ittiham olunaraq məhkəmənin hökmü ilə 4 il həbs cəzası verilib. "Prezident" özü üçün "dövlət" qurub, onun "strukturlarını" yaradıb, "baş nazir", "nazirlər", "komitə sədrləri" təyin edib, "parlament" yaradaraq "spiker", "vitse-spiker" təyin edib, xəyali virtual iclas keçirib, iclasda "çıxış edib", vatsapda "çıxışını" paylaşıb, saytlara müsahibə verib, müxtəlif hadisələrə "münasibət bildirib" və s. Bir sözlə, öz-özünü inandırıb ki, artıq yaratdığı "dövlətin" "prezidenti"dir. Hətta bəzən "nazirlərinin" üstünə acıqlanmaqdan da çəkinmir. Əslində isə özünü Qərbi Azərbaycanlıların "prezidenti" sayan bu şəxsin faktiki olaraq Qərbi Azərbaycanla bağlı heç bir elmi biliyi, heç bir araşdırması yoxdur, Qərbi Azərbaycanın nə tarixini, nə də coğrafiyasını bilir.
"Prezident"in vitse-prezident" təyin etdiyi şəxs kimdir?
Ən təhlükəsi isə onun birgə iş qurduğu şəxslə bağlıdır. Bu ilin iyulun 24-də Rizvan Talıbov Türkiyənin Batman şəhərindən Mehmet Ali Arslan adlı şəxsi özünə "vitse-prezident təyin edib" və onu "Kürdistan İslami Adalet Partisi" genel başkanı Mamusta Ali Bapirlə danışıqlar üçün İraqa "göndərib". Ən pis cəhəti də budur ki, Qərbi Azərbaycanlılara və ya bu ideyaya zərər vermək niyyətində olan istənilən qüvvə onun belə xasiyyətindən asanlıqla istifadə edə bilər və edirlər də. "Kürdüstan İslami Adalet Partisi" genel başkanı ilə danışıqlar aparılması süni şəkildə bu prosesə önəm verilməsi, arzuolunmaz elementlərin daxil edilməsi yolu ilə ideyanın coğrafiyasının daha da genişləndirilməsi məqsədi daşıyır. Ankarada "Göyçə-Zəngəzur Respublikası"nın ilk bürosunun açılışı, açılışda Mehmet Ali Arslanın Zəngəzuru Osmanlı torpağı elan etməsi də ziyanlı və arzuolunmaz iddialardır.

Türkiyədəki "yardımçısına" gəlincə, ola bilər ki, R.Talıbov o adamı heç tanımır, məhz o adam (yaxud onun Azərbaycandakı adamları) R.Talıbovla əlaqə saxlayıb ki, filan adamı - Mehmet Ali Arslanı özünə Türkiyədəki nümayəndə təyin et. Bunu özü üçün böyük şərəf sayan R.Talıbov Türkiyədən də ona dəstək verilməsinə sevinərək həmin şəxsi özünə "prezident köməkçisi" təyin edib. Həmin qüvvələr isə onun bu siyasi savadsızlığından istifadə edərək, öz işlərini görür, gündəmə gəlir, "Göyçə-Zəngəzur Respublikası" adından danışır, şübhəli qüvvələrlə, bəlkə də Türkiyəyə düşmən təşkilatlarla danışıqlar aparırlar və sabah hansı məkrli addımı atacaqları məlum deyil.
Nəticə olaraq qeyd edək ki, "Zəngəzur dəhlizi" məsələsinin aktuallıq kəsb etdiyi bir vaxtda "Göyçə-Zəngəzur Respublikası" yaradılmasının ictimai rəyə daşınması bu dəhlizin reallaşmasını istəməyən qüvvələrin bir hədəfi var. Onlar İran və Ermənistanın maraqlarına xidmət edir. Və bu cür avantürist hərəkətlərin qarşısı dərhal alınmalı və onun Türkiyədəki həmin insanlarla əlaqələri və bu əlaqənin vasitəçiləri dərhal araşdırılmalıdır.
Kamran Seyidov
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir





