”Rusiyanın “leş”ini bölüşdürmək Ermənistanın boyunu aşar”
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərindən sonra Ermənistanın gələcəyi müzakirə mövzusuna çevrilib.
Belə ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ayrılmaq ehtimalları güclənib.
Hətta İrəvandakı "Fransa" meydanında Ermənistanın KTMT-dən çıxması tələbi ilə mitinq keçirilib. ABŞ bayraqları ilə İrəvan küçələrinə axışan ermənilər Rusiya və KTMT-də etirazlarını bildirib, Prezident Vladimir Putinin şəkillərini cıraraq, onun üvanına təhqir dolu fikirlər səsləndiriblər. ABŞ da Ermənistana dəstək vəd edib.
Bütün bunların fonunda Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu deyib:
"Rusiya Federasiyası ilə Ermənistan arasında dostluq, əməkdaşlıq davam edir. Ötən müddət ərzində Rusiya və Ermənistan müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə toplayıb, ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir".
Maraqlıdır, indiki vəziyyətdə Ermənistanın KTMT-dən ayrılması nə dərəcədə realdır?
Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, Ermənistanın KTMT-dən ayrılması asan məsələ deyil:
"Nensi Pelosi Ermənistanın KTMT-dən ayrılacağı təqdirdə ABŞ-ın İrəvana dəstək olacağını dedi. Ancaq bu, boğazdan yuxarı, şüar xarakterli və özlərinin siyasi maraqları çərçivəsində verilən açıqlama ola bilər. Çünki bu, o qədər sıradan məsələ deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərini Rusiya qoşunlarını qoruyur. İndiki vəziyyətdə ABŞ öz əsgərlərini həmin sərhədləri qorumağa göndərməyə hazırdırmı? Məsələnin birinci tərəfi budur. İkincisi, İranın öz sərhədlərini ABŞ əsgərlərinin qorumasına razılıq verəcəyi də inandırıcı görünmür. Bu konteksdə İran və Ermənistan arasındakı münasibətləri də düşünmək lazımdır. Çünki Ermənistanın quru yolla əlaqəsi olan iki ölkədən biri İrandır".
Politoloq bildirib ki, Azərbaycan-Ermənistan sərhədində törədilən təxribatın əsas hədəflərindən və planın tərkib hissələrindən biri də KTMT ilə Rusiyanı çətin vəziyyətdə qoymaq idi:
"Bununla da Ermənistana KTMT-dən çıxmaq üçün siyasi və hüquqi zəmin yaratmaq hədəflənmişdi. Hadisədən dərhal sonra KTMT-yə müraciət olundu. Ümumiyyətlə, onlar əmin idilər ki, müraciət olunsa da, Rusiya və KTMT-nin qoşunlarını Azərbaycana qarşı Ermənistana göndərməyəcək. Bunu bildikləri üçün müraciət etdilər ki, Rusiya və KTMT çətin vəziyyətdə qalsın. Ardınca isə Ermənistandakı bəzi siyasi şəxslər KTMT-ni qeyri-ciddi təşkilat adlandırdı. Əslində bu fikirlərin deyilməsi üçün həmin müraciət olunmuşdu".
Natiq Miri hesab edir ki, Ermənistanın KTMT-dən ayrılması yaxın zamanda baş verə biləcək hadisə deyil:
"Çünki Rusiya nə qədər zəifləsə də, onun "leş"i yenə də ağırdır. Rusiyanın "leş"ini bölüşdürmək isə Ermənistanın boyunu aşan məsələdir. Ona görə də bir çox məsələlər və geosiyasi hadisələr aydınlaşana qədər İrəvan gözləməkdə davam edəcək. Düşünürəm ki, bu konteksdə Rusiya-Ermənistan danışıqları da davam edəcək. Çünki İrəvanın əsas məqsədlərindən biri də Rusiyanı Ermənistana yardım etməyə vadar etmək idi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
XƏBƏR LENTİ
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi





