Siyasət

Pelosinin növbəti artistliyi: əsas plan Rusiyanı...

19 Sentyabr 2022 21:08
Baxış: 488

Milli.Az bildirir ki, politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin saxta erməni nostalgiyasına göz yaşı tökməsi onun səfərinin mahiyyətini bir qədər dəyişdi. Onun belə davranış sərgiləməsində əsas səbəb nə idi?

- Bu, əslində Amerikan Demokaratlarının ənənəvi olaraq tökdüyü timsah göz yaşlarıdır. Onlar ilk dəfə deyil bu addımı atırlar. Bilirlər ki, Co Baydenin dövründə yürüdülən ABŞ-ın xarici siyasəti qarşıdakı konqres seçkilərində onları Respublikaçılara uduzduracaq. Ona görə də onlar orada erməni lobbisinin səsini, dəstəyini qazanmaq istəyirlər. Həmçinin orada ermənilərlə yanaşı, yunanların da dəstəyinə ümid edilər. Çünki orada iki böyük lobbi fəaliyyət göstəririr. Amma onlardan ən böyüyü yəhudi lobbisidir. Yəhudi lobbisi də N.Pelosini qəbul etmir. Burada da əsas oyun Nikol Paşinyanın üzərində gedir. Çünki o bunların istədiklərini həyata keçirə bilmir. Ona görə də çalışırlar ki, bu yolla Rusiyanı Qafqazdan çıxarmaq siyasəti yürütsünlər. Pelosinin Ermənistanda "ağlamağı", artistliyi də məhz buna xidmət edir. Bu bir daha onu göstərir ki, Amerikada əslində demokratiya yoxdur. 30 ildə Ermənistan tərəfindən azərbaycanlılara divan tutuldu. Amma onlar bir dəfə də olsun Azərbaycanın xeyrinə qərar qəbul etmədilər. İndi isə məlum olur ki, ABŞ Konqresi Azərbaycan əleyhinə "qərar" hazırlayır. Guya ki, Azərbaycan Qarabağda "vandalizmlə" məşğul olub. Digər bir absurd məsələ isə Azərbaycan-Ermənistan sərhədinə "təcavüz"lə bağlıdır. Görünən odur ki, Amerika yenə özünə uyğun həqiqətlərdən danışır. Pelosinin Ermənistanda saxta soyqırımı abidəsinin önündəki artistliyi, Alen Simonyanla görüşündə dediyi sözlərin hamısı Amerikanın iç üzünü bir daha açıb tökdü.

- Hazırkı həssas dönəm üçün Pelosinin Ermənistana səfəri nəyə hesablanmışdı?

- Əslində burada ABŞ-ın əsas məqsədi Rusiyanın Gümrüdə olan hərbi bazasını və Ermənistan sərhədindən rus qoşunlarını çıxarmaqdır. Bunun ardınca isə onlar istəyir ki, Azərbaycan-Ermənistan sərhədində məhz ABŞ-ın sülhməramlı adı ilə qoşunları yerləşsin. Eyni zamanda anti-Rusiya koalisiyasını formalaşdırmaq üçün Ermənistanı Rusiyadan mümkün qədər uzaqlaşdırmaq istəyi var. Amma reallıqda buna gücləri çatmır. Burada digər məqsəd həm də Azərbaycanı təhdid etməkdir. Onsuz da elan ediblər ki, guya biz anti-Qərb koalisiyasında yer almışıq. Adı bizim, özü bizim olmayanlar da xaricdə oturub məhz bu yöndə çıxışlar etdilər. Hətta Amerikada yaşayan bizim "müxalifətçilər" Azərbaycan-Ermənistan sərhəd xəttində olanları ilk öncə ölkəmizin "təcüvüzü" kimi dəyərləndirdilər. Sonra isə bəziləri daha da qabağa gedərək Azərbaycan hökumətini ittiham etmədən belə çəkinmədilər. Cəfəng-cəfəng fikirlər ortaya atdılar ki, orada ermənilərin "hüquqları" pozulur. Yəni bunlar Papadan daha çox katolik olmağa cəhd etdilər. Görünən odur ki, ABŞ hələlik istədiyinə nail ola bilməyib. N.Pelosi də onların gəzən siyasət bayrağıdır. Tayvanda alınmadı, Ermənistanda da alınmayacaq. Bizim üçün Pelosinin danışığı, hərəkətləri o qədər də önəmli deyil. Başqa bir tərəfdən isə məqsədləri Azərbaycan-Rusiya qarşıdurması yaradıb bundan da yararlanmaqdır. Fikir verirsinizsə, həmişə Azərbaycanı dəstəkləyən Ukrayna belə indi birdən-birə Podalyok başda olmaqla Ukraynanın aparıcı dövlət adamları Azərbaycanı ittiham etməyə başalayıblar. İndi siz baxın görün nələr baş verir. Bütün bunların hamısı Amerikanın tapşırığı ilə olur.

- Sizcə, ərazisində rus hərbi bazası, sərhədləri Rusiya tərəfindən qorunan, ümumi daxili gəliri az qala Rusiya tərəfindən təmin edilən bir ölkəni özünə çəkmək hansı ağılın məhsuludur?

- ABŞ-ın yeganə yolu Qafqaza girməkdir. Onun Qafqaza girməsi, burada həm də Rusiyanın maraqlarını sıradan çıxarmaq məqsədi var. Eyni zamanda İran məsələsi də gündəmdədir. ABŞ-ın 1997-ci ildə qəbul etdiyi qərarla İranı parçalamaq taktikası mövcudur. Amerika uzaqdan-uzağa bunu edə bilmir. Fars körfəzindən də girib buna edə bilmədilər. Onlar da çox gözəl bilirlər ki, ermənilər satqın millətdir. Ona görə də Ermənistan onlar üçün çox "önəmlidir". Ermənistanın geostrateji mövqeyi yoxdur. Amma Ermənistan var. Amerika çalışır ki, Ermənistana bu yolla girsin. Çünki ABŞ Gürcüstanda oyunu uduzdu, N.Paşinyanı hakimiyyətə gətirdi, amma istədiyini ala bilmədi. Azərbaycanla isə istədiyini ala bilmir. Bizim yanımızda Türkiyə və Pakistanın olması onun planlarını pozur. Bunlar da məhz bu faktorun fərqindədirlər.

- ABŞ-İran gərginliyi fonunda hər iki dövlətin Ermənistanla münasibətlərinin məlum səviyyəsini nəzərə alsaq, bir paradoks izlənilir. Bunu necə başa düşmək olar?

- Buradakı paradaks ondan ibarətdir ki, İran da bir mənada Pelosi ilə eyni mövqedən çıxış edir. Hələlik onlar erməniləri ələ almalıdırlar. İ.Rəisinin əsasən məqsədi Zəngəzur dəhlizinin açılmamasıdır. Amerika da bunu istəmir. Çünki buradan Çinlə Rusiya daha çox istifadə edəcək. Məhz Zəngəzur dəhlizinin açılması Rusiya və Çin iqtisadiyyatına müsbət təsir edəcək. Bu baxımdan da burada İran öz maraqlarına uyğun hərəkət edir. ABŞ da bundan yararlanır. Amerikanın daimi dostu yoxdur. Vəziyyət dəyişən kimi İranın üstünə gedəcək ilk ölkə elə ABŞ olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics