Siyasət

Xankəndindəki "qorxaq general" həbs olundu

30 Avqust 2022 14:33
Baxış: 2 398

Xankəndindəki terrorçu rejimin tanınmış fiqurlarından biri, qarabağlı ermənilərin silahlı birləşmələrinin sabiq komandanı, "general-leytenant" Mikael Arzumanyan həbs olunub.

Milli.Az bildirir ki, İrəvandan Xankəndinə yönələn M.Arzumanyan 2 saat əvvəl Ermənistanın Vardenis (Basarkeçər) rayonunda saxlanılıb.

O, Xankəndinə, mitinqə yönəlirdi.

M.Arzumanyan Ermənistan İstintaq Komitəsinin sanksiyası ilə tutulub.

M.Arzumanyan ermənilər arasında "qorxaq general" kimi tanınır. Qarabağlı ermənilərin silahlı birləşmələrinin başçısı Cəlal Harutyunyan İkinci Qarabağ Müharibəsində raket zərbəsinə tuş gələrək ağır yaralanandan sonra M.Arzumanyan "komandan" təyin edilmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.