Beynəlxalq Konvensiya üzrə Azərbaycan Hökumətinin dövri məruzəsinin təqdimatı olub
15-16 avqust 2022-ci il tarixlərində Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, еədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.
Təqdimat zamanı nazir müavini Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycanın multi-etnik ölkə olduğu diqqətə çatdırılıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkədə multikulturalizm dəyərlərinin təşviqi, mədəni, dini və linqvistik müxtəlifliyin qorunub saxlanılması sahəsində səmərəli fəaliyyəti barədə məlumat verilib.
Nazir müavini qeyd edib ki, Ermənistanın etnik təmizləmə apararaq Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması Konvensiyanın həyata keçirilməsinə əsas maneə olub. Vətən Müharibəsində əldə edilmiş Zəfər ilə münaqişəyə son qoyulduqdan sonra məcburi köçkünlərin öz evlərinə qayıtması və həmin ərazilərdə multi-etnik icmaların bərpa olunması üçün Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verib, bu ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinin bu istiqamətdə prioritet vəzifələrdən olduğunu bildirib.
Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış iş üzrə Məhkəmənin müvəqqəti tədbirlərə dair qərarında Ermənistanın bir çox müraciətinin rədd olunduğu vurğulanıb, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia üzrə analoji işdə irqi nifrətin qızışdırılması və təşviqinin qarşısının alınması üçün Ermənistan tərəfindən tədbirlər görülməsinin Məhkəmə tərəfindən tələb olunduğu qeyd edilib.
Komitə tərəfindən Ermənistanda nifrət nitqi ilə bağlı məsələlərin Ermənistan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı zamanı nəzərə alınacağı bildirilib.
Nümayəndə heyəti rəhbərinin təqdimatından sonra konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb və Komitə üzvləri tərəfindən qaldırılan suallar cavablandırılıb.
Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - (Foto)
XƏBƏR LENTİ
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar





