Siyasət

Ermənistandan itkilərlə bağlı yeni açıqlama

4 Avqust 2022 08:00
0 Şərh     Baxış: 2 586

Azərbaycan Ordusunun dünən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.

Bu barədə separatçı rejimin "səhiyyə naziri" Mikael Ayryan erməni mətbuatına açıqlamasında bildirib.

"4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.