“Təmiz Şəhər” ASC-nin həyata keçirməli olduğu işlər müəyyənləşib
Prezident İlham Əliyev Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Azərbaycan Respublikasında tullantıların idarə edilməsi sisteminin müasir tələblərə uyğun təşkilinin davam etdirilməsi və bu prosesin işğaldan azad olunmuş ərazilərdə də mütəşəkkil qaydada həyata keçirilməsi məqsədilə qərara alınır:
- Müəyyən edilsin ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı işləri həyata keçirir:
- Bakı şəhərinin ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması;
- Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi;
- Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- bu Fərmanın 1-ci hissəsində göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmasını, növbəti illərin dövlət büdcəsində isə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
- adında "Məişət tullantıları ilə" sözləri "Tullantılarla" sözü ilə əvəz edilsin;
- preambula üzrə:
- ikinci abzasdan "şəhər" sözü çıxarılsın;
- üçüncü abzas üzrə:
- birinci cümləyə "məişət tullantılarının" sözlərindən sonra "və digər təhlükəsiz bərk tullantıların" sözləri əlavə edilsin;
- ikinci cümləyə "Məişət tullantılarının" sözlərindən sonra "və digər təhlükəsiz bərk tullantıların" sözləri əlavə olunsun və həmin cümlədə "zibilin" sözü "tullantıların" sözü ilə, "zibilliklərin" sözü "tullantı sahələrinin" sözləri ilə əvəz edilsin;
- dördüncü abzasa "Məişət tullantılarının" sözlərindən sonra "və digər təhlükəsiz bərk tullantıların" sözləri əlavə edilsin və həmin abzasdan "şəhərin" sözü çıxarılsın;
- 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
- Müəyyən edilsin ki, Cəmiyyət aşağıdakı işləri həyata keçirir:
- Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması;
- Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi;
- Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi.".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)





