Siyasət

Britaniya təyyarələri Ukraynadan taxıl ixracına kömək edə bilər

30 İyun 2022 08:20
0 Şərh     Baxış: 710

Böyük Britaniya Ukrayna taxılının daşınması üçün təyyarələr göndərə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Onun sözlərinə görə, "Rivet Joint" və ya "P8 Poseidon" kəşfiyyat təyyarələri Qara dəniz ərazilərində patrul uçuşu həyata keçirə bilər.

"Bu, münaqişə tərəfləri Ukrayna taxılının dəniz yolu ilə ixracına dair razılığa gələcəyi təqdirdə mümkün olacaq. Britaniyanın belə bir əməliyyatda əsas rolu kəşfiyyat və təhlükəsizlik nəzarətidir", - Uolles qeyd edib.

Eyni zamanda o qeyd edib ki, Böyük Britaniyanın hərbi gəmilərinin Qara dənizə göndərilməsi imkanları nəzərdən keçirilmir.

"Gəmilərimizi Qara dənizə göndərmək fikrində deyilik, çünki bunun üçün Türkiyədəbn blokadanı aradan qaldırmağı xahiş etməliyik", - nazir deyib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Bosfor boğazını döyüş gəmiləri üçün bağlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.