Siyasət

Putinin yaxın dostunun məhkəməsi başlayır

2 İyun 2022 21:49
0 Şərh     Baxış: 976

Ukraynanın Dövlət İstintaq Bürosu (DİB) Ali Radanın deputatı Viktor Medvedçukun işi ilə bağlı ibtidai istintaqı başa çatdırıb.

"Müxalifət Platforması - Həyat üçün" partiyasından olan deputat Viktor Medvedçukun işi ilə bağlı ittiham aktı məhkəməyə təqdim edilib.

İş üzrə Viktor Medvedçuk dövlətə xəyanətdə və müharibə qanunlarını pozmaqda ittiham edilir.

Təqsirləndirilən şəxsi əmlakı müsadirə edilməklə 15 ilədək azadlıqdan məhrum etmə cəzasının gözlədiyi bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.