Siyasət

G7 ölkələri OPEC-i neft hasilatını artırmağa çağırıb

28 May 2022 08:20
0 Şərh     Baxış: 585

"Böyük Yeddilik" (G7) ölkələrinin energetika və iqlim nazirləri OPEC ölkələrini yanacağın qiymətində kəskin artım fonunda neft hasilatını yüksəltməyə çağırıb.

"Neft və qaz hasil edən ölkələri məsuliyyətli davranmağa və daralan qlobal bazara reaksiya verməyə çağırırıq, həmçinin qeyd edirik ki, OPEC bu prosesdə əsas rol oynayır", - nazirlərin Berlin görüşündən sonra dərc olunan kommünikedə deyilir.

Milli.Az "Report"a istinadən bildirir ki, Nazirlər Avropa İttifaqının Rusiya təbii qazından asılılığının azaldılmasının zəruriliyi vurğulayıblar və boru kəməri ilə ötürülən qazın tədarükündə yarana biləcək fasilələrin yumşaldılması üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılmasının vacibliyini qeyd ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.