Siyasət

Ermənistanda ABŞ-ın bioloji laboratoriyaları var - Lavrov MESAJ VERDİ

26 May 2022 22:51
1 Şərh     Baxış: 2 305

"ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir, Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT vasitəsilə müzakirə edir".

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov "RT Arabic " telekanalına müsahibəsində deyib .

"Praktiki olaraq bütün KTMT ölkələri və digər MDB ölkələrininhər biri ilə bioloji proqramların necə inkişaf etdiyinə dair qarşılıqlı məlumatları özündə əks etdirən bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlayırıq. Ya artıq bağlamışıq, ya da təyinat üçün hazırlanır", - Lavrov bildirib.

"Şəffaflıq bu proqramların hərbi ölçüyə malik olmaması üçün vacibdir, çünki bu, Bioloji və toksinli silahların qadağan edilməsi haqqında Konvensiya ilə qadağandır. Bu memorandumlar qarşılıqlı səfərləri və laboratoriyaların fəaliyyəti ilə tanışlığı nəzərdə tutur. Bundan əlavə, yazılıb ki, bioloji laboratoriyaların heç birində üçüncü tərəfin hərbi nümayəndələri olmamalıdır", - Lavrov əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.