Fariz Rzayev Finlandiyaya işgüzar səfər edib
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev 20-21 may 2022-ci il tarixlərində Finlandiya Respublikasına işgüzar səfər edib.
Nazirlikdən verilən məlumata görə, Səfər çərçivəsində Finlandiya xarici işlər naziri Pekka Haavisto, Finlandiya Parlamentinin 1-ci vitse-spikeri Antti Rinne, Finlandiya Prezidentinin diplomatik müşaviri Petri Hakkarainen və Xarici İşlər Nazirliyinin dövlət katibi Matti Anttonen ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə həyata keçirilən bu səfərin və paytaxtlarda nəzərdə tutulan mədəniyyət tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib, ikitərəfli münasibətlərin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib, xüsusilə təhsil və iqtisadiyyat sahələrində mövcud olan potensial vurğulanıb, habelə Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər, regional və beynəlxalq mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Fin Beynəlxalq Məsələlər İnstitutu (FİİA) və Martti Axtisaari Sülh Fondunun rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri, eləcə də hazırda aktuallıq kəsb edən beynəlxalq və regional məsələlər təhlil edilib, ölkəmizin mövqeyi həmsöhbətlərin diqqətinə çatdırılıb.
Səfər çərçivəsində, Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə nazir müavini Fariz Rzayev və XİN-in dövlət katibinin müavini Nina Vaskunlahtinin iştirakı ilə Helsinkinin Musiikkitalo Sarayında İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)





