Siyasət

“Xarici siyasət konsepsiyasına düzəlişlər etmək lazımdır” - Rusiya XİN

19 May 2022 21:59
0 Şərh     Baxış: 576

"Ukrayna danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirən kimi Rusiya Federasiyası müsbət cavab verəcək".

Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin (XİN) müavini Andrey Rudenko deyib.

O bildirib ki, humanitar məsələlər üzrə təmas qrupunun Ankarada elan edilmiş görüşü barədə məlumatı yoxdur.

Rudenko onu da qeyd edib ki, son üç ay ərzində yeni geosiyasi reallıqlar yaranıb və xarici siyasət konsepsiyasına düzəlişlər etmək lazımdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.