Siyasət

Avropadan "Bayraktar" qərarı - gözlənilən sensasiya

14 Aprel 2022 12:32
1 Şərh     Baxış: 2 964

Almaniyanın Müdafiə Nazirliyinin Hərbi Planlanlaşdırma, Tədarük və Təminat İdarəsi ölkənin silahlı qüvvələrinin Türkiyə istehsalı olan "Bayraktar TB-2" PUA-ları ilə təmin olunmasını məqsədəuyğun sayır.

Milli.Az Bild-ə istinadən bildirir ki, hərbi ekspertlər Müdafiə Nazirliyinin rəhbərliyini İsrail istehsalı olan "Heron-TP" döyüş PUA-ları almaqdan vaz keçərək "Bayraktar TB-2"ni seçməyi məsləhət görüblər.

Ekspertlərin fikrincə, "Bayraktar" hazırda dünyada öz sinfində ən yaxşı döyüş PUA-sıdır. Üstəlik, "Heron-TP" ilə müqayisədə "Bayraktar TB-2"ni radilokasiya vasitələri ilə aşkarlamaq daha çətindir.

İlkin məlumatlara görə, Almaniya Türkiyədən 60 "Bayraktar" ala bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.