Ermənilər öz basdırdıqları MİNAya "düşür" - Paşinyanın planı fiaskoya uğrayır
Ermənistan bu gün geridə qalan 30 il ərzində etdiyi kimi beynəlxalq hüququn bütün normalarını ayaq altına atmaqda davam edir. Azərbayacana qarşı düşmənçiliyindən, nifrətindən əl çəkmək niyyətində olmayan Ermənistan bunu 10 noyabr üçtərəfli bəyanatın imzalandığı tarixdən bu günə kimi açıq-aydın sərgiləyir. Kinlə bəslənən Ermənistanın Azərbaycana olan nifrəti bütün addımlarda özünü çılpaqlığı ilə büruzə verir. Baxmayaraq ki, Rusiyanın və Qərbin vasitəçiliyi ilə il yarım ərzində dəfələrlə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin mina xəritələrinin Bakıya qaytarılması barədə razılıqlar əldə olunsa da, İrəvan hər dəfə nəinki bizi, bütün dünyanı aldatmağa cəhd göstərdi.
Amma Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı qeyd etdiyi kimi, İrəvanın Bakıya təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizi həqiqəti əks etdirirdi, real idi. Belə nəticə çıxır ki, Ermənistan müharibədən sonra azərbaycanlılara qarşı soyqrım, qətliam törətməkdə israrlıdır. Belə olmasaydı Ermənistan rəhbərliyi bu məsələdə hər hansı bir yalana yol verməzdi. Ermənilərin yalan xəritə tərtibi, Bakını aldatmaq cəhdi nəticəsində müharibənin bitməsinin elan olunduğu gündən bu günə kimi Qarabağda 100-dən çox sivil insan, hərbçi mina partlaması zamanı faciəvi şəkildə həlak olub, onlarla insan isə ağır bədən xəsarətləri alaraq ömürlük şikəst olublar.

Şübhəsiz ki, Ermənistan reallığı əks etdirən mina xəritələrini Bakıya təqdim etməyə tələsməməklə, saxta xəritə tərtib etməklə bir yandan insan ölümündə rəqəmlərin artmağı məqsədini güdürsə, digər yandan da Qarabağda Azərbaycanın başlatdığı sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələrin icrası məsələsini xeyli ləngidərək, prosesə kilid vurmaq niyyətindədir. Səbəb isə bəlli: azərbaycanlıların doğma yurd-yuvalarına qayıdışını ləngitmək. Amma rəsmi Bakı dayanmaq fikrində deyil, buna artıq nəinki Ermənistanın, heç onun havadarlarının da imkanı çatmaz.
Bütün dünyada sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan mina probleminin qlobal müstəvidə müzakirəsi, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin beynəlxalq miqyasda tanıdılması, bu sahədə mövcud olan çağırış və imkanların birgə müzakirəsi məqsədilə Azərbaycanda beynəlxalq konfransın (Konfrans 2022-ci il 31 mart və 1 aprel tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə keçiriləcək - red.) baş tutması üçün son hazırlıqların görülməsi də bu deyilənlərin əyani sübutudur.
Hibrid formatda təşkil ediləcək tədbirə Bosniya və Herseqovina, Xorvatiya, İordaniya, Serbiya, İsveçrə, Böyük Britaniya və s. kimi dünyanın 30-a yaxın ölkəsindən, 20-si minadan təmizləmə sahəsində ixtisaslaşan qurumların vəzifəli şəxsləri olmaqla, ümumilikdə 120-yə yaxın iştirakçının qatılması gözlənilir ki, burada iştirakçılar arasında həmçinin, xarici ölkələrin parlament üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də yer alacaq. Bu da Azərbaycanın Qarabağda nəzərdə tutduğu işlərin planlaşdırdığı zamana kimi yekunlaşdırması nöqteyi nəzərdən olduqca əhəmiyyətlidir.

Azərbaycana artıq bununla mina təmizləmə məsələsində gələn beynəlxalq dəstəyi (Aİ tərəfindən ANAMA-ya 2,5 milyon avro ayrıldı, "Minalardan əziyyət çəkənlərin problemləri həll olunmalıdır. Biz minalardan azad dünya qurmalı, səylərimizi birləşdirməliyik" - BMT rəsmisi Vladanka Andreyeva - red.) nəzərə alsaq, deyə bilərik ki, Ermənistanın Qarabağda bağlı digər "arzuları", xəyalları kimi bu planı da suya düşmək üzrədir.
Konfransın gündəliyində duran əsas məsələlər sırasında minatəmizləmənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işlərindəki rolu prizmasından da qiymətləndiriləcəyi, rəsmi Bakı üçün belə önəmli bir konfransın məhz burada təşkilində prioritet məqsəd hesab edilə bilər.
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü (4 aprel) ərəfəsində Bakıda keçiriləcək bu beynəlxalq tədbirin post-münaqişə dövründə dünyanın diqqətini işğaldan azad edilmiş ərazilərdəki mina probleminə cəlb etməsi, qayıdış, bərpa-quruculuq üçün ən böyük maneənin məhz Ermənistanın basdırdığı bu minalar olmasının qabardılması, İrəvanın işğalçılıq, terror əməlinin dünyanın gözü önündə növbəti dəfə ifşası, bu dövlətin siyasi xəttini Azərbaycana, islama, türkçülüyə qarşı nifrət təşkil etdiyini sübuta yetirmək demək olacaq. Keçiriləcək bu konfrans minatəmizləmə sahəsində əməkdaşlıqlar üçün mühüm əhəmiyyət kəsb edəcək ki, rəsmi Bakı da bundan maksumum yararlanmaq niyyətindədir.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - (Video)
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
XƏBƏR LENTİ
-
Yaponların sürətli paltar qurutma texnikası
-
İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
-
“Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)





